Qəm çanağındaQəm çanağında Dərd yaman tutubdu yaxamdan mənim, Sovuşmur əzabım, günüm zay gəlir. Kədər ürəyimlə dartışan zaman, Kara araq gəlir, dada mey gəlir. Fikirlər beynimdə ocaq çatanda, Yandırıb cismimi, külə qatanda, Mən qəmin içində sərxoş yatanda, Başımın üstünə qarğa, ley gəlir. Parkda skamyaya qalanda güman, Hər yandan qırılır ümid, ay aman! Təmbəki qoxuyur başımda duman, Yanıma gicbəsər, əyyaş, səy gəlir. Hələ ay budayır, məni əzir gün, Kölə Elbəyimi, yoxsa əsir gün? Yəqin xoşbəxtlik də gələcək bir gün, Bilirəm gələcək, amma key gəlir. Elbəyi Cəlaloğlu |