Tuş var turşdu, tuş var nuş
Tuş var turşdu, tuş var nuş
Ay Allah, Məhəmməd, Əli deyirik, Danaya dağların kəli deyirik, Zəifə, zəlilə zəli deyirik, Ay lələ, lələşə ləli deyirik, Ağılda bəbəyə bəli deyirik. Doğrusu bilmirəm, bəs necə olur Dünyanı qanana dəli deyirik? Bu gecə yuxumda tənhaydım, təkdim, Qışın gecəsində qızılgül əkdim. Rəngbərəng qələmlə gül budağında Balaca bir quşun şəklini çəkdim. Çəkildim bir yana öz aləmimə, Kömüldüm kösövtək köz aləmimə, Aşikar söykəndim söz aləmimə. Gah sağdan daş atdım, gah da ki, soldan, Çalışdım bu quşu uçurdam koldan, Biraz uzaq salam, çaşdıram yoldan, Qovsam da qopmadı quşcuğaz koldan. Rəsmdə quş cansız, qanadsız, qansız, Yamyaşıl yarpaqlı kol da tikansız. Həm quşun, həm gülün nazını çəkdim. Doğuldunsa bu cahana, canlısan, İstər imkanlı ol, istər imkansız, Tikib, yaratmasan yaşam mənasız. İnsan ki, canlıdı, o canlı varlıq, Var olan yaşarmı yəni yanmasa, Yarəb, yurd - yuvasız, odsuz, ocaqsız, Məhəbbətsiz, ya məsləksiz, məkansız? Huşmu başdan getdi, bayıldım birdən, Telefon zənginə ayıldım birdən. Gördüm nə guşcuğaz, nə də qızılgül, Qaranlığ otaqda güllü pərdə, tül. Yastığa, yatağa mən uzanmadım, Yuxumu biryana bir yozanmadım, Onu yaddaşımdan heç pozanmadım. Yuxular həyatın para - parçası, Çılğın olsun, ya dumanlı, ya dalğın, Gecə görüm, lap obaşdan, dan görüm, Yoz yuxunu, yuxuları qan görüm. Yum gözünü, yuxuları dan görüm, İstəmirəm yuxularda qan görüm, Yuxularda əzrayıla can verim. Yuxulu anlarım ötəndi ani, Pərəni pozulmuş bu dünya fani. Zaman, an keçəndə yarıyuxulu, Gülüm, gül qoxulu, gah da qorxulu, Cah - cəlal içində insanlar cani. Səngərli, düşərli, düşərsizi var, Tuş görənlər, tuş var turşdu, tuş var nuş. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Hüseyn Aslanoğlu (Faxralı) 06.01.2012-ci il |