Necə müsəlmandı?
Necə müsəlmandı?
Ahıl, cahıl, yoxsa cahil, Kefli, ya kef əyyamında, Aşkarda kafir, gavırla Cici - bacıdı, can - candı, Canım, necə müsəlmandı? Qançıxmaz yerdən qaşıyır, Top-tüfəng, sursat daşıyır, Pay - pürüş paket daşıyır, Reaktiv raket daşıyır, Day bu necə müsəlmandı? Hara gəldi soxur burnun, Heç qorxusu yoxmu bunun? Dünyaya meydan oxuyur, Nəfəsi də qan qoxuyur. Qorx, bu necə müsəlmandı? İrəvanın yollarını Su yoluna döndəribdi. Geniş açıb qollarını, Elçisini göndəribdi. Gör bu necə müsəlmandı! Sökülür ki RLS - lər, Yollar çəkir, salır relslər, Sual altda “"Su-300"lər, Qarabağ sahibsiz məgər? Babam, reket, ya reklamdı? Amandı, qoyma xanbacı, Xankəndindən alır bacı, Yada şirin, yara acı, Tarımar olsun taxt - tacı. Tanrım, necə müsəlmandı? Araz üstdən atır körpü, Heç vecinə almır Kürü, Daşnak sökür daşkömürü, Uzun dağların ömürü, Ölmüş necə müsəlmandı? Od olmasa qor olarmı? Zod talansa zor olarmı? Torpaq bizə gor olarmı? Xocalıma xoş olarmı? Of, bu necə müsəlmandı? Divanə, div, ya cırtdandı? Beçə, xoruz, ya xortdandı? Bəs deyirlər türk qanlıdı, Ay camaat, nə canlıdı? Necə, nə cür müsəlmandı? Geci - tezi çərxi fələk Devriləcək, dəbərəcək, Taxtı - tacı çevriləcək. Adını gizli saxladım, Gədə gənə müsəlmandı. ~~~~~~~~~~~~~~~~~ 28.12.2011-ci il |