OlarQatarından qalan durna Qurda, quşa qismət olar. Anlaqlı, aqil adamda Abır - həya, ismət olar. Söz gəzdirmək, ara vurmaq, Qurma qurmaq, üzə durmaq, Yaxşı işi yana burmaq Xainlərdə xislət olar. Ay Səngərli, pərdə saxla Ünsiyyətdə pirlər ilə, Pərt olarsan pərtöv ilə, Höcətlərdə hörmət olar? ~~~~~~~~~~~~~~~~~~~ 04.01.2012-ci il |