Kim doğan?
Kim doğan?
Əriyər damla – damla, Axar, gedər ağ şamlar. Şölə salar dördyana Yana - yana axşamlar. Közərir köz-kömür, manqalım maşam, Madəm var həyatım, ömürüm, yaşam, Deməli düşməmiş əlimdən qələm, Hər şeyə hazıram, yazıram hələm. Dağların darılan, duman vaxtıdı, Gün gözə görünmür, güman vaxtıdı, Göylərin gözünü yuman vaxtıdı, Əsassız deyilmiş şübhəm, vəlvələm. Sırsıra bağlamış sıra dağlaram, Göyçəgöl, Göygöləm, dərin Divsizəm, Kəpəzəm, Murovam, Murğuz, Şahdağam, Qosqoca Qoşqaram, qoca Ləlvərəm. Atəşəm, ocağam, odam, alovam, Bir barıt çəlləyi, qırma, qırovam, Nadürüst, namərdlə heç olmaz aram, Arsızdan-pirsizdən çox gen gəzərəm. Bağlara baxıram, bağrım yarılır, Dağlara baxıram, qəlbim darılır, Sayrılıq sinəmə saymaz sarılır, Saymayandan salam almaz, saymazam. Hər əsrdə bitən mindi, bitkin bir, Hər əsrdə yetən mindi, yetkin bir, Hər əsrdə ötən mindi, ötkün bir, Beləsini adda - budda kim doğan? Aylarım, illərim eləcə gəldi, Anlarım, günlərim beləcə keçdi, Həsrətli çağlarım ömürdən biçdi, Bikeflik, qəhərdi qəlbimi boğan. Heş şübhəsiz nər olacaq nər doğan, Şər, şeytanın doğduğu da şər, boğan, Ağrı çəkən analardı, ər doğan, Doğulacaq ər oğuldan Ərdoğan. Zamanın gərdişi çaşdıra bilməz, Mən oğuz oğluyam, od - ocağımı Səngərli, köpəklər söndürə bilməz, Göz yaşardar, sulandırar göz soğan. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 01.01.2012-ci il |
ürəyiniz daim olsun sevgiler saygılar eşq ilə