AY GÜLÜM!AY GÜLÜM! Gözlərindən bir od düşdü qəlbimə, Bu atəşdən necə keçim, ay gülüm! Dolanaydım bir alovlu duyğu tək, Xəyalında biçim-biçim, ay gülüm! Süzdüm göz altından hey sətir-sətir, Qalmayıb nə məndə təmkin, nə səbir. Düymələr yaxanda qərib görsənir, İcazə ver özüm açım, ay gülüm! Qısqanclığın gizlədəmmədi nərgiz, Bənövşələr boyun bükdü çarəsiz. Saçların qürurla çalxanan dəniz, Toxunmasam yanar içim, ay gülüm! Yaman düşdün Elbəyinin canına, Yatdın ürəyinə, hopdun qanına. Bir fərman ver, Ay çəkilsin qınına, Var gücümlə səni qucum, ay gülüm! Elbəyi Cəlaloğlu Şair dostların yorumundan: Telkök: Sen diyen sevdalar alıpdı meni Min türlü cefaya salıpdı meni Ürexden hançerle delipdi meni Qanım axar sicim sicim ay gülüm .... |
siyah saçın sırma ile örmüşler ağ gülüm
tbrkler çok hoş dizelerdi