Pay düşüb , Görürəm
Pay düşüb
(Şeir qonşuluqda yaşayan qoca, nurani bir kişiyə həsr olunub) Ömrün ixtiyar çağı, Pis eşidir qulağı, Gözlər leysan bulağı, Bu kişiyə ay Allah, Qocalıqdan pay düşüb. Çox şey görüb, götürüb, Əkib, səpib, bitirib, Yuxusunu itirib, Ulusda urvatlıdı, Ucalıqdan pay düşüb. Bir sümükdü, bir dəri, Çuxurdadı gözləri, Əsir əli, dizləri, Bikef etdi bizləri, Əl – ayaqdan day düşüb. Utandırır ucalıq, Andır qalsın qocalıq. Bir gün eşidərik ki, Elə haray - hay düşüb, Məhləmizə vay düşüb. ~~~~~~~~~~~~~~~~~~~ 15.12.2011-ci il Görürəm Göylərə baxıram, Ayı görürəm, Sonsuz ulduzların sayı, görürəm. Şahinlər üstünə şığıyan oxu, Kamanda dartılan yayı görürəm. Avara, abırsız, ah arsızları Ağılda – kamalda ayı görürəm. Kərəmsiz, kəmfürsət, kəmsavadların Dalında dayanıb dayı, görürəm. Belə bir dünyada kef, dövran sürən, Alim, üləmanın üstünə hürən Hüquqsuz küçüklər qara, boz, kürən, Tazının, tulanın tayı görürəm. ~~~~~~~~~~~~~~~~~~~~~~~~ |
Kardaşım.
Ne güzel yazmışsın.
Bazı kelimeleri anlamasakta şiirin manasını anladım,beğendim.
Çok güzeldi.Çok doğru yazdıkların.
Kutluyorum.
SAYGILARIMLA.