Analı dünyam
Analı dünyam
Dil verib, danışıq verib, Qayğım çəkib, qaşıq verib, Gözlərindən işıq verib, Anam mənim nur dünyamdı. Dil doğransın dilim - dilim, İllah itim ilim - ilim, Ay İlahi, bircə bilim, Anam mənim bir dünyamdı. Ürəyindən od, hərarət, Nağıl, nəğmə, həm nəqarət, Dizlərimə tanrım, taqət, Anam mənim dürr dünyamdı. Neynirəm gülü, çiçəyi, Gül, çiçəyim ağ birçəyi, Güldən, çiçəkdən ləçəyi, Anam mənim bal dünyamdı. İllə, günlə, ayla deyib, Bayatını “bay”la deyib, Layiqincə layla deyib, Anam laylam, lal dünyamdı. Bələk, beşik, körpəlikdən, Köksü dağlı köz dünyamdı, Saz dünyamdı, söz dünyamdı, Anam mənim öz dünyamdı. Onsuz keçən boş bir həyat, Təsəvvürə gətirmərəm, İtsə heç nə itirmərəm, O, xülasə, boş xülyamdı. Ay Səngərli, Səngərə bax, Yollarında əngələ bax, Çən, dumana, çəngələ bax, Anam mənim döz dünyamdı. ~~~~~~~~~~~~~~~~~~~~~~ 14.12.2011-ci il |