Söylə görək
Söylə görək
Sazı, tarı naşı çala, Sim ah çəkib ağlamazmı? "Yanıq Kərəmi", "Dilqəmi", "Çahargah" da çağlamazmı? Kərəm yanıb, külə dönə, Əsli nazik tülə dönə, Qərib qəmgin dilə dönə, Sənəm qara bağlamazmı? Məhəbbətdən Məcnun dəli, Dil - dil ötüb, ağlamazmı? Yas yeri, yasin oxuna, Of, "Segah" da dağlamazmı? Çərən - pərən hər çənədən Nə söz çıxar, boş çinədan. Bilik başda bəri başdan, Bünövrəsiz laxlamazmı? Yaxşı şeydi qədir bilmək, Nəş nə bilir nədir bilmək, Dəxli yoxdu, dəllal, dəllək, Dədələrdən dərs almazmı? Bizim ellər binəsində, Sənətkarın sinəsində, Söylə görək, ay Səngərli, Saz da ülfət bağlamazmı? ~~~~~~~~~~~~~~~~~~~~ 14.12.2011-ci il |