Yada salar
Yada salar
Göyərəndə göyənəklər, Biçiləndə biçənəklər, Dil-dodağı döyənəklər, Döşə çəkər dostlar bizi. Faxralının meşələri, Mehi, meyi gəl–gəl deyər, Bənövşələr gəl dər deyər, Məst eləyər tostlar bizi. Hər addımda ocağ izi, Bulaqların saf gözündə, Dolçalarda dodağ izi, Qumru quşlar səslər bizi. Giləmeyvə, gicitkəni, Göyəm, zoğal, böyürtkəni, Yağ içində böyrək kimi Binələri bəslər bizi. Mey içənlər məzələni, Simlər yeyər təzanəni, Məclisində ay Səngərli Yada salar məstlər bizi. ~~~~~~~~~~~~~~~~~~~ 10.12.2011-ci il |