DONUB NƏZƏRLƏRİM KİPRİKLƏRİNDƏDONUB NƏZƏRLƏRİM KİPRİKLƏRİNDƏ Cızıb layihəni Tanrı min kərə, Qələm dəqiq yazıb, boya tam çəkib. Göylərdən bir fərman gəlib yerlərə, Bir şair vəsf edib, bir rəssam çəkib. Günəşin yerinə doğmusan bu gün, Üfüqlər qızarır yar, işığından. Gözəllik önündə namaza durub, Allah da məmnundu yaraşığından. Nurunda sayrışır, ulduzlara bax Ay da heyran qalıb bu görkəminə. Donub nəzərlərim kipriklərində, Tüm cahan qapılıb öz aləminə. Fikirlər dumduru, düşüncə şəffaf, Təngiyir nəfəsin hey ürkək-ürkək. Sazaqlar dəyməsin hələ telinə, Ən saf duyğularla çırpınır ürək. Bəlkə ən müqəddəs andı, a dilbər, Bir az da tərpənmə, bir az da dayan. Bizi tamaşaya dursun qoy bəşər, Alış bu sevgidən, alış sən də yan. Qaranquş nəğməsi ucalsın göyə, Bülbüllər saz qoşsun tonqalımıza. Oyansın sehrinlə duyğulananlar, Alqış yağdırsınlar vüsalımıza. Elbəyi Cəlaloğlu |
DONUB NƏZƏRLƏRİM KİPRİKLƏRİNDƏ
Cızıb layihəni Tanrı min kərə,
Qələm dəqiq yazıb, boya tam çəkib.
Göylərdən bir fərman gəlib yerlərə,
Bir şair vəsf edib, bir rəssam çəkib.
Günəşin yerinə doğmusan bu gün,
Üfüqlər qızarır yar, işığından.
Gözəllik önündə namaza durub,
Allah da məmnundu yaraşığından.
Nurunda sayrışır, ulduzlara bax
Ay da heyran qalıb bu görkəminə.
Donub nəzərlərim kipriklərində,
Tüm cahan qapılıb öz aləminə.
Fikirlər dumduru, düşüncə şəffaf,
Təngiyir nəfəsin hey ürkək-ürkək.
Sazaqlar dəyməsin hələ telinə,
Ən saf duyğularla çırpınır ürək.
Bəlkə ən müqəddəs andı, a dilbər,
Bir az da tərpənmə, bir az da dayan.
Bizi tamaşaya dursun qoy bəşər,
Alış bu sevgidən, alış sən də yan.
Qaranquş nəğməsi ucalsın göyə,
Bülbüllər saz qoşsun tonqalımıza.
Oyansın sehrinlə duyğulananlar,
Alqış yağdırsınlar vüsalımıza.
Elbəyi Cəlaloğlu
Saygıdeğer üstadım, çok güzel bir koşma örneği
Yüreğinize sağlık, herdaim saygımla......