BƏHANƏ
BƏHANƏ (Türkan Zamanova)
Körpə uşaq gülüşlərində atəş səslərini batırmaq, valideynlərini atmış övladların uşaqlarından imtina etmiş valideynlərin ömürlük zindana məhkumluğu... Bədbəxtliyin sükutunda rəqs eləyən taleləri xoşbəxtliyin himni ilə müjdələmək imkanı... Xoşbəxtliyi, satqınlığı, yalanı İnsanlığı unutduran hər şeyi dar ağacından asmaq bacarığı və daha nələr, nələr etmək arzusu Dünyanı dəyişmək iddiasıdı.... İsgəndərin dünyaya ağalıq planında, atom bombasının kəşfində yuxuları gecəyə bilet əvəzi verməkdə Və hər səhər ölümün bir övladı kimi doğumaqdada Uğur qazanmaq cabası gizlənir.... Hemenqueyin ovdakı əcəl zənginin sədalarında Ramilin ünvansız baxışlarındakı qəzəbli gileyində... Cins geyinmiş patriotun sönməyən kamerasında və gözəl qoxulu gülün tezcə qurumasında da Yaşamaq cəhdi var.... dünyanı dəyişmək iddiası... uğur qazanmaq cabası.... yaşamaq cəhdi.... hamısı bəhanədi hətta susmaq da səni sevmək istəyi, bəhanəsidi.... |
Yuregine saglik