BİRÜZLÜ QƏPİK
Ovcunu gözlərimə yaxınlaşdırma, qadın!
Mən pulu azadlığa dəyişən adamam. Çək incik baxışlarını gözlərimdən Yolumu daha da qısaltma, qadın! Mən pulu heçliyə dəyişən adamam... İstəmə məndən əllərimi, qaraçı qadını! “Boşdur” əllərim, Mən əllərinin cizgiləri silinmiş adamam. İnadkar olma belə, qaraçı qadını! Tapa bilməzsən məni Mən öz taleyində itmiş adamam... Ölmüş anasının həkimə getdiyinə inanan uşaq kimi dualarım kimi çox atdım qəpiyimi göylərə seçdiyim tərəfi düşsün deyə. Yorma daha özünü, qəpiyinin eyni imiş, hər iki üzü... |
Yüreğinizin sesini mükemmel yansıtmış sınız
Duygular berrak ve satır geçişleri mükemmel
ve yürek sesi özgürce dizelere dökülmüş,
kutlarım.Mutluluk ve sağlık dileklerimle...
Selam ve saygılar...