GEDƏNLƏR...
Dodaqlar utanar bəzən
deyilməli olan sözlər məhbəs həyatı yaşayar... Zaman küsər gedər. Sözlərin yerinə bir anlıq həyatlar dilə gələr saralar, bozarar ama əsl sevgilər fotolarda olar yenə də gedənləri saxlamaz yolundan... Xəyallar milyon illər keçmişə sürgün edilər itər-batar zamanın tozunda. Gedənlər aparar özləriylə gülümsəməyi sevinməyi yaşamaq bacarığını gələcək günlərinə bilet əvəzi... Gedənlər bilməzlər bütün gözəlliklərin körpə bir uşağın göz yaşlarına dəymədiyini bomjun acından ölsə də dilənmədiyini sevgisiz cənnətin belə mənasız olduğunu... Gedənlər bilməzlər çox şeyi, bilmədikləri üçün də gedərlər... |