BİR SƏHRA VADİSİNDƏ
Ay günəşlə dalaşır
günəş ağıla ay qəlbə güvənir qalibiyyət müvəqqətidir, hər şeydə olduğu kimi.... Sən də mənlə dalaşırsan amma nə sən məni məğlub etmək istiyirsən nə mən səni... Dalaşan sənin bədbəxt şairlərin mənim intihar edən dahi yazıçılarımdı. Dalaşan ideyalardı, mövqelərdi, hisslərdi, müəmmalı həyatlardı.... Bəlkə bizə cismimiz mane olur? Odur, xeyirxah külək əsir bir səhra vadisində. Beləcə dalaşa-dalaşa intihar edək, bu ölüm qoxuyan vadidə. Azad edək ruhumuzu həqiqət axtaraq səhvlərimizdə, zamanda... Qumların rəqsində sirrli həqiqətə çevrilək... Yaşamaq yanğısı qədər çılğın əcəl zəngi kimi həzin külək əsir bir səhra vadisində.... |
Ask vadisine sevgili gelirse tabiki