Keçmişdə qaldı
Keçmişdə qaldı
Keçmişlər qaldı keçmişdə, Həyat heç-puç da, heçmiş də, Qoradan olur kişmiş də, Qorum, qovum, qopuğum var. Gözəl gəzdəyim, gədiyim, Bir doyunca gəzmədiyim, Əzab verib, əzmədiyim, Topol olmuş topuğum var. Yaşıl yamac, örüşlərim, Gözəllərlə görüşlərim, Çeşmələrlə öpüşlərim, Görüləsi işlərim var. Qənd yerinə qəhər yeyən, Bulaq, çeşmə, sızqı deyən Dilxor, dilavər dillərim, Sızıldayan dişlərim var. Keçmişlər qaldı keçmişdə, Həyat heç-puç da, heçmiş də, Dədə, köçənlər köçmüş də, Körpü üstdən köç günüm var. Ay Səngərli, susma, dillən, İstər bəm ol, istər zillən, İnildədən illah ilnən, İllətin var, zillətin var. ~~~~~~~~~~~~~~~~~~~~ 12.11.2011-ci il |