Bu axşamBu axşam Dağların dalında gizlənir Günəş, Torpaq sakitləşir qaraldıqca qaş, Qaranlıq düşdükcə sən azalırsan, İçimdən özümü yandırır atəş. Yoxsa tor görürəm, bir az yaxınlaş?! Gözümdə durulaş, saflaş, aydınlaş. Mən sənin eşqində yanım, əriyim, Mənim istimdə də söykəndiyim daş. Mələklər çimişir bu axşam çayda, Tanrının nuruyla yuyunub Ay da. Bu tayda bir cənnət qurulub, gülüm, Şeytan xəbərsizdi bizdən, o tayda. Demərəm durmusan – əsla – qəsdimə, Şərqin sultanı tək doğdun üstümə. Sezmir qaranlığı daha gözlərim, Səndən bir yol keçir ürfan cəddimə. Elbəyi Cəlaloğlu |