Bizim ellər
Bizim ellər
Şiş qayalar, yastı bellər, Cəngi çalan çağlar tellər, Axan sellər, əsən yellər, Yenilməzdi bizim ellər! Dağları var dad əlindən, Yanıqlıdı yad əlindən, Alçalmamış ad əlindən, Əyilməzdi bizim ellər! Dili birdi, dini birdi, Ocağı bir, piri birdi, Xeyiri bir, şəri birdi, Birevlidi bizim ellər! Biləkləri birləşəndə, Diləkləri birləşəndə, Ürəkləri birləşəndə Basılmazdı bizim ellər! Ərlər verəndə əl - ələ Biri mindi, mini birdi, Kinlilikdə kini birdi, Kişilikdə bizim ellər! Qapısı qonaq – qaralı, Səxavət babalardan qalı, Süfrə salıb, ad alıbdı, Ağırlıqda bizim ellər! Sazı ağrı, aman, ahdı, Kamandardı, Xan Əmrahdı, Xatırlamamaq günahdı, Sazdı - sözdü bizim ellər! Şenlik dillərdə dastandı, Şair Nəbim şah, Astandı, Mürsəllimdi, Şəmistandı, Sənətkardı bizim ellər! Yanşaq ulu, çox yaşlıdı, Hacı Nəsib, Saraclıdı, Unudulmaz Ulaşlıdı, Uğurludu bizim ellər! Sarvan Bayram saz ustası, Şair Söyün söz ustası, Gülabımız gül ustası, Ustadlıdı bizim ellər! Sadıqlar çox, sadalanmaz, Xındı Məmməd xırdalanmaz, Borçalımız parçalanmaz, Sayğılıdı bizim ellər! Dəymə dədə, dəyilməzdi, Dərd önündə döyünməzdi, Ey Səngərli, öyünməzdi, Enilməzdi bizim ellər! ~~~~~~~~~~~~~~~~~~~~~~ 21.10.2011-ci il |