0
Yorum
0
Beğeni
3,0
Puan
744
Okunma
İz itirdi
Qamış, qanqal, yarpağ, pıtrağ,
Qoz verənməz qoca qovağ.
Gah çılğındı, gah da çılpağ,
Dost, düşməni doğan torpağ.
Sim yeriyən sinəsində
Süsən, sünbül, gül bitirdi.
Neçə - neçə nazı – nemət,
Lələ ləziz yem yetirdi.
Cansızlara canından can,
Nəşə, nəğmə, nəfəs verdi.
Kimlər üçün qəbir qəfəs,
Kimə həyat, həvəs verdi.
Öz qoynunda açdı bazar,
Aldı, satdı mərdimazar,
Anlayana azar – bezar,
Belə mərdə məzar verdi.
Həyat əzab, həm ətirdi,
Səma sonsuz göy çətirdi.
Yaş yarımçıq yazılmamış
Ağlı – qaralı sətirdi.
Ay Səngərli, ölən deməz
Allah yetər, doydum, bəsdi.
İnsan ömrün ölüm kəsdi,
Qara torpağ iz itirdi.
~~~~~~~~~~~~~~~~~~~~
21.10.2011-ci il
3.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.