Nəssə niyyət
Nəssə niyyət
Yağış yağır, gün də çıxır, Ürəy üzgün, ün də çıxır, Xaş–xamradan küt kökündə Kökə üçün kündə çıxır. Daş oynayır, dağ sürüşür, Sayrı durur, sağ sürüşür, Cahan durur, çağ sürüşür, Nisbi sükut, sükunət də. Gün başına Yer dolanır, Yer başına Ay dolanır, Ay dolanır, il dolanır, Nisbi ətraf, ətalət də. Başsız əldə bazar, dükan, Süqut səmtə çəkir sükan, Hansı yönə bu yol - ərkan, Nisbi ədəb, ədalət də. Cəbr, cəfa, cəsarət də, Haqq boğulur əsarətdə. Əsən, kəsən əsabələr Ədva deyil ədavət də. “Azadlıq” adlı meydanda Hayqıranda coşar can da, Damarlarda qaynar qan da, Cənablar, cəng cəhalət də. Ey Səngərli, nəssə niyyət, Cəhənnəmə dönər cənnət, Hakim, hökm, hakimiyyət Cəmləşəndə tək bir əldə. ~~~~~~~~~~~~~~~~~~~~~~~ 06.10.2011-ci il |
tebrler.