Gəldi keçdi
Gəldi keçdi
Ay dolandı, il də keçdi, Bəm də keçdi, zil də keçdi, Ömür özü ölçdü, biçdi, Dərə, təpə, til də keçdi. Can da aldı, can da verdi, Qada verdi, qan da verdi, Bərə kimi yan da verdi, Şikəst, şir də, şil də keçdi. Qartal qalxar zirvələrə, Qarğa enər enişlərə, Quzğunlar çökər leşlərə, Lələ - giryan, üryan keçdi. Yaxşı şeydi ləzzət, ləl də, İnsanlıq da, ləyaqət də, Piri sev, pisi lənətlə, Əşı əng də, ləng də keçdi. Dərya kimi ağlın ola, Cani - dildən bağlın ola, Nə dad - aman, dağlın ola, Dədə dəli, dəng də keçdi. Nə keçiddi, nə körpüdü, Yonqarı yonan törpüdü, Nə tüləkdi, nə tülküdü, Kürt də keçdi, küt də keçdi. Quruldu mizan tərəzi, Hesabdara hesab verdi, Sonu puçdu, sonu heçdi, Bikef, kefli, key də keçdi. Hər kəsin ömür payı var, Həyatda hərçənd tayı var, Yaxşısı, pisi, zayı var, Vallah bic də, gic də keçdi. Yüz də ah çək, eyvah, heyhat, Hayıf ki, belədi həyat, Ya oyağ ol, ya yıxıl yat, Hərnədi, hərləndi keçdi. Külüng eşər, kərki kəsər, Boş qafada yellər əsər, Fikir çəkmə ay Səngərli, Fağır, fateh, fil də keçdi. ~~~~~~~~~~~~~~~~~~~~ 30.09.2011-ci il |