Könlüm istəyir
Könlüm istəyir
Qışdan elə bezmişəm ki, Yazıq könlüm yaz istəyir. Yellər yaman əsir, kəsir, Sazaq sinəm saz istəyir. Neçə - neçə xanı, sultan Taxt-tacından saldı Sübhan, Təslim oldu cəllada can, Cahil canlar caz istəyir. Zəmanənin üzü sərtdi, Gərdişinə dözən mərddi, Ay Səngərli, dünya dərddi, Dəli dünyam naz istəyir. ~~~~~~~~~~~~~~~~~~~~~ 10.09.2011 – ci il |