0
Yorum
0
Beğeni
0,0
Puan
749
Okunma
Qocalanda sənin olsun
Asılıbdı sırğa kimi
Qoynundakı qoşa narlar,
Üzündəki qoşa xallar
Qoy ay gözəl mənim olsun.
Güllü ləçək, çöhrən çiçək,
Gözlər gözəl, özü göyçək,
Zülfü şahmar, qara birçək,
Gördüm gözəl, mənim olsun.
Alnındakı çatma qaşlar,
O, odlu, oğrun baxışlar,
Camalın hüsnü, naxışlar,
Cavan vaxtı mənim olsun.
Vədəsində nar da yaxşı,
Vədəsində qar da yaxşı,
Vədəsində yar da yaxşı,
Yaraşığın mənim olsun.
Gözəlliyin gözəl vaxtı,
Keçsə dönər birdən baxtı.
Qocalanda nəyin varsa
İstəmirəm, sənin olsun.
Bu sözə vurdum möhürü,
Qoy uzun olsun ömürü,
Bu sinəmin kül - kömürü
Sənin deyil, mənim olsun.
~~~~~~~~~~~~~~~~~~~~~