Mənsiz
Mənsiz
Səs - səmirim, od nəfəsim, Kəsiləcək hənirim də, Qırılacaq ömürüm də, Gülüm, necə dözəcəksən? Mənsiz necə, çalışacaq, Mənsiz necə çağlayacaq, Mənsiz necə ağlayacaq, Mənsiz necə güləcəksən? Mənsizliyin ağrısını, Mənsizliyin acısını, Mənsizliyin qəm yükünü Mənsiz necə çəkəcəksən? Şumlanacaq ana torpaq, Gələcəkdi cana torpaq, Bulanacaq qana torpaq, Bunu necə qanacaqsan? Yoxluğuma inanacaq, İnandıqca, yanacaqsan, Bunu necə danacaqsan, Yada necə salacaqsan? Yada salıb olanları, Doluxsunub, dolanları, Vaxt – vədəsiz solanları, Mənsiz necə solacaqsan? Ötən, keçən o günlərə Köks ötürüb, kövrələcək, Mənsiz necə öyünəcək, Mənsiz necə öləcəksən? Yaralara dözən mərddi, Yazdıqların səkkiz bənddi, Ay Səngərli, hamsı dərddi, Dərdi kimlə böləcəksən? ~~~~~~~~~~~~~~~~~~~ |