Onda, indi
Onda, indi
Onda on beş yaşım vardı, Cahıl idim, can cavandı, Dəli- dolu, beynim qandı, Dəyişmişəm, dəymə indi. Hərzə-mərzə hərləməzdim, Hədəf kimi əyilməzdim, Bikeflik nədi, bilməzdim, Bihal bilib, əymə indi. Ovulub, ovxam ovqatım, Sozalmaq olmuş sovqatım, Bilməm başım necə qatım, İncitməsin illər indi. Vallah-billah vaxt gözləmir, Anlar ötür, zaman keçir. Yaddaşımda yaxşı – yaman, Yamyaşıllar saman indi. Ay Səngərli, Yanan həmin cahıl candı, O illəri təkrar andı, Gözündəki tor, dumandı, Dünya - aləm duman indi. ~~~~~~~~~~~~~~~~~~~~ |