YAŞASIN TÜRKİYƏ
YAŞASIN TÜRKİYƏ
Şikayətim şiədəndi sünniyə, Sübutum var, bilirsizmi çün niyə? Dayağ oldu daşnaka - erməniyə, Sırt çevirim Türkiyəyə mən niyə?! Düşmənimə dost deyənə de necə Qucaq açım, qucaqlaşım, ax niyə? “Şiə İrandan”sa, “Sünni Türkiyə”, Azərbaycan, sənə arxa, o yiyə! Rus deyilmi bulandıran saf suyu? Qaz almağa Qarabağa qaz quyu, Hələ uzun çəkər zurnanın zuyu, Haçalanıb fikir – zikir ikiyə. Bölməmişik, bölünmüşük ikiyə, İrticayla iltifat nə, sammit nə? Əhsən bu “sevgiyə”, əhsən “birliyə”, İnam sənə, ümid sənə, Türkiyə! 18 - də bolşeviklər başladı, Daşnaklar da istiqlalı daşladı, Paşalarım tüfəngini tuşladı, Xilaskarım onda yenə Türkiyə! Koroğludu, nərəsi var, cəngi var, Zəfərlərə zəmanəti, zəngi var, Bayrağında bayrağımın rəngi var, Dilim, dinim, öz diyarım Türkiyə! Dost – düşməni yaxşı tanı, vətəndaş, Xainin başına yesyekə bir daş, Qardaş ölkə, sirdaş ölkə, silahdaş, Qoy var olsun, min yaşasın Türkiyə! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 03.09.2011 – ci il |
"YAŞASIN TÜRKİYE
...
Dost – düşmanı yahşı tanı, vatandaş,
Hainin başına yesyeke bir daş,
Gardaş ülke, sırdaş ülke, silâhdaş,
Goy var olsun, bin yaşasın Türkiye!. huseyn huseynov (huseyn)"
Yahşı: İyi, güzel.
Özünden gelen isyânını anlaya bilirem gardaş.
Selâmımla uğurladım... vârolasın.
kadiryeter TRABZON.
w.edebiyatdefteri.com/siir/509775/yasasin-turkiy--399
huseyn huseynov (huseyn)