Zaman, qanun və olacaq
Zaman, qanun və olacaq
Mən çəpgözəm, çəp baxıram, Ya çəpgöz mənə çəp baxır? Sinəm çat –çat, çalxalanır, Çaxır beynim, gözüm axır. Hər zamanın öz axarı, Yazı, yayı, öz baharı, Növbənöv şirin nübarı, Öz axarı, öz baxarı, Xadimi, xarabı, xarı, Payız duman, qışda qarı, Öz qaydası, qanunu var. Yaşıl otlar büküləcək, Narıncıya bürünəcək, Çayır-çəmən çürüyəcək. Payız qara, qatı duman Əl - ətəkdə sürünəcək. Olan onsuz da olacaq, Qanunlardan qaçmaq olmaz. ~~~~~~~~~~~~~~~~~~~~~ |