Özünündü, özün çək
Özünündü, özün çək
Vəfa səndə, var səndə, Abır səndə, ar səndə, Yara səndə, yar səndə, Yaşa, yarat ay ürək, Öz vəfandı, özün çək. Ağrı – acı, səs – ünsən, Yerlə - yeksan sürünsən, Xırda – xırda üyünsən, Üzül, süzül ay ürək, Öz cəfandı, özün çək. Toy, nişansan, düyünsən, Şad xəbər, xoş xəbərsən, Bəh- bəh, nə bəxtəvərsən. Sevin ürək, gül ürək, Öz səfandı, özün çək. Hərdən can – can deyirsən, Hərdən qan – qan deyirsən, Hərdən hədyan deyirsən. Xatalısan ay ürək, Öz xatandı, özün çək. Nə kəsərsən, nə balta, Nə xain ol, nə xalta, Qənd qoy dilinin alta, Altdan – üstdən danışma, Öz yükünü özün çək. Yumruq boyda bir şeysən, Gah keflisən, gah keysən, Gah məzəsən, gah meysən, Özün bilərsən ürək, Öz kefindi, özün çək. İstər əkil, istər ək, İstər şum ol, istər lək, İstər cüt ol, istər tək, Tək olmasın səndə pək, Nə istərsən onu çək. ~~~~~~~~~~~~~~~~~ Bakı, 27.08.2011-ci il |