Keçdi yaz ömrüm
Keçdi yaz ömrüm
Keçdi yaz ömrümün oğlan çağları, Dolandı dövranı, gəldi də keçdi. Bahar yağışı tək çənli, çisəkli, Çiləndi bir bala, keçdi, nə keçdi. Ömür də bir karvan, durna qatarı, Gəlişi sevincdi, gediş qubarı, Dilində kədərli nəğmə nübarı, Kövrəltdi könlümü, köçdü, nə köçdü. Qızılquş ürəkli, uçdu sürəkli, Yüngülcə yeli də öpdü telimi. Qışın da sərt üzü, çovğun, boranı, Saçıma ağ qarı düşdü, nə düşdü. Həqiqət var söhbətimdə, sözümdə, Taxılıdı eynəyim də gözümdə, Hər şeyi tor görür yenə gözüm də, Gözümün nuru da söndü, nə söndü. Sınmadı qürurun, sınmadı vüqar, Vüqarlı qəlblərdə gəncliy eşqi var, Gəncliyin də məşəqqəti, məşqi var, Səngərli, o gedən getdi, nə getdi. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 28.08.2011-ci il |
Keçdi yaz ömrümün oğlan çağları,
Dolandı dövranı, gəldi də keçdi.
Bahar yağışı tək çənli, çisəkli,
Çiləndi bir bala, keçdi, nə keçdi.
Ömür də bir karvan, durna qatarı,
Gəlişi sevincdi, gediş qubarı,
Dilində kədərli nəğmə nübarı,
Kövrəltdi könlümü, köçdü, nə köçdü.
Qızılquş ürəkli, uçdu sürəkli,
Yüngülcə yeli də öpdü telimi.
Qışın da sərt üzü, çovğun, boranı,
Saçıma ağ qarı düşdü, nə düşdü.
Həqiqət var söhbətimdə, sözümdə,
Taxılıdı eynəyim də gözümdə,
Hər şeyi tor görür yenə gözüm də,
Gözümün nuru da söndü, nə söndü.
Sınmadı qürurun, sınmadı vüqar,
Vüqarlı qəlblərdə gəncliy eşqi var,
Gəncliyin də məşəqqəti, məşqi var,
Səngərli, o gedən getdi, nə getdi.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
28.08.2011-ci il
huseyn huseynov (huseyn)
Azeri kardeşimizin güzel dizeleri, şiirinizi kutluyorum.Yunus diyarından selamlar.