İzmirli günlərim
İzmirli günlərim
(Şeir türk şairə Nurşen Kayqısıza xitabən yazılmışdır) O Bosfor boğazı, mavi Mərmərə, Gözlərim önündən çəkilmir hələ. Səyahət eylədim Səlcuq İlçəsi, Məbədlər məskəni, ehram Efesə. Bir şirin yuxuydu, mən gördüm nələr, Könlümü oxşayan xoş mənzərələr, Necə də füsünkar dağlar, dərələr, Bakıdan salamlar doğma İzmirə! Efesin qalıqları, küçələri mərmərdən, Zənginlər məhəlləsi rənglənmiş solmaz zərdən, Məryəm ana ocağı heç qaçarmı nəzərdən, İndi yadıma düşür o yerlər hərdən-hərdən. İzmir – Konak ilçəsi, Bornovadan da keçdim, Seyr elədim hər yanı, ürəkdən sevdim, seçdim, Kövsər kimi suyunu, şəkər şərbətin içdim, Yerlərə yolum düşə, yenə içmək istərəm. Küçələr başdan - başa uca, hündür palmalar, Hər yan yaşıl xiyaban, bağ-bağatlıq, almalar, Nə yerlisi bilinir, nə seçilir gəlmələr, Dil bir, din bir, məzhəb bir, yaxın, əziz, doğmalar. İnsanlar gülərüzlü, necə mehriban, şəndi, Bu şəhər başdan-başa gül-çiçəkdi, gülşəndi, Abaddı qəsəbələr, küçələr, köyü - kəndi, Tülək oğul, qızları türk babalar əkəndi. Şarkısı öz şarkıma, sazı sazıma bənzər, Ahı ahıma bənzər, ehi ehimə bənzər, Mehi mehimə bənzər, şehi şehimə bənzər, Dəyməsin, toxunmasın yad baxışlar, bəd nəzər. Əlim yetmir, ünüm çatmır, Quşadası quş iliyi, can dərmanı, Gördüm quşlar dövrələyib dördbiryanı, Cənnət məkan hanı, hanı? İzmirin sahilləri Sahil bağına bənzər, Gecələr işıqları aya, ulduza bənzər, Qardaşlaşmış şəhərlər, İzmir Bakıya bənzər, Hüseyin də İzmiri gündüz çıraqlı gəzər. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 22.08.2011-ci il |
çok güzel dizelerdi, teşekkürler..