Antik deyiləm
Antik deyiləm
Şeirdə teleefir məkanında baş alıb gedən ədəbsiz, milli mentalitetimizə (birazca da olsa qalıbsa) yad, bayağı verilişlərə münasibətimi ifadə etməyə çalışmışam. Son zamanlar, xüsusilə İtv kanalında ictimaiyyətin dərdi-sərini işıqlandırmaq əvəzinə bu kanal da şou aləminə aludə olub. Allah betərindən saxlasın. Amin. Mədəniyyət, mərifət, Doğurarsa kin, nifrət, Nifaqdan dönər sifət, Belə də deyir məntiq. Ay müəllim, ay həkim, Ayə, lap olsun hər kim, Kimlərə xidmət edir Ekran - “mədəni” məkan? Efir də eyforiya, Düşüncəsiz dünyadı, Düşük, güdük dünyaya İnanmaram eh daha. Astar üzündən baha, Baxmaram bu şouya, Yüngül əxlaq yayıma İndən belə mən daha. İnsanlarda intellekt, Dil, dialoq, dialekt, Tamam bir özgə effekt, Efirə inanmıram. Ayağ, baş da, orta da, Hər şey açığ, ortada, Şoumenlər, şortu da Qısa dizlikdə, -şortik. Mamaroza, mamaça, Döş açığ, açığ paça, Di gəl bax marça - marça, Ət tökmə parça – parça. Qalmağal, qeylü – qallar, Şişman bud, sinə, qollar, Əttökən seriallar İnteqrasiya, intellekt? Tərəfsiz, şərəfsizə, Alqış, təltif, təşəkkür. Budurmu mentalitet, Təb, tərbiyə, təfəkkür? Bəlkə bəyan eylədim, Başdan bir yan eylədim, Eybi əyan eylədim, Üslum etik, estetik. Dözülməz həddə çatıb, Riyakarlıq, ritorik, Ekran, efir erotik, Vəziyyətmiz kritik. Gizlətmirəm, danmıram, Tənqiddən xoşlanmıram. Ayıbları ay adam Avtoritet sanmıram. Ayaqlaşır zamanla, Amma demirəm yekəm, Yekrəyəm, müasirəm, Ancaq antik deyiləm. ~~~~~~~~~~~~~~~~~~~ 18.08.2011-ci il |