Hardasan, ay cavanlığım?
Hardasan, ay cavanlığım?
Bu şeri indi yazıram. Amma bir 40-45 il bundan qabaq məndən həyat, yaşayış, dövr, dövran nədir soruşsaydılar qəti bir söz deməyə ya biliyim, ya da bilsəydim deməyə cürətim çatmazdı. Çünki o vaxt Sovet rejiminin əzən maşını beyinlərimizi əzik-üzük etmişdi, hər bir sahədə. Amma nə qədər ağır olsa da, cavanlıq deyəndə gözlərimin önünə gömgöy gözəl göylər, güllü-çiçəkli çəmənlər, nərgizli, bənövşəli quzeylər, güneylər, dərələr və bir də sonsuzluğun məcazi mənada son ucuna yaxınlaşmaqda olan bir ömrün ölümünün özündən sonra bu həyatda nələri qoyub, nələri qoruyub, nələri məndən əsirgədiyini, qızırğaladığını, qıymadığını qoyub gedən bir ömür gəlir. Ün yetməz ucsuz-bucaqsız Ucalıqda, ulduzdasan? Yaxındasan, uzaqdasan? Hardasan, ay cavanlığım? Tələdəsən, ya tordasan, Tufandasan, tuzaqdasan? Tərk edib, tərki - dünyasan? Hardasan, ay cavanlığım? Vərəmləyər tərki - vətən, Mən beləyəm, necə bə sən? Yoxsa ki, azmış bəbəsən? Hardasan, ay cavanlığım? Beşikdəsən, bələkdəsən? Ələkdəsən, lələkdəsən? Mələkdəsən, fələkdəsən? Hardasan, ay cavanlığım? Bərkdə-boşda, bərədəsən? Dağda, düzdə, dərədəsən? Nəşədəsən, nərədəsən? Hardasan, ay cavanlığım? Gendə gəzib, gen dolanma, En yerlərə, en, dolanma, Sədan gəlsin, səsin gəlsin, Hardasan, ay cavanlığım? Yağım, balım, yavanlığım, Üz ağlığım, can sağlığım, Uçunuram uşaqlığım, Hardasan, ay cavanlığım? Qundaq, quzusan quncunda1, Ətrin burnumun ucunda, Xaşadasan, ya xurcunda? Hardasan, ay cavanlığım? Hüseyini üzmə, süzmə, Sitəmləri sinəm üstə Çalın-çarpaz sərmə, düzmə, Hardasan, ay cavanlığım? ~~~~~~~~~~~~~~~~~~~~~ Qeyd: 1.Qunc – nəvaziş, naz-nemət. 29.01.2011-ci il |