ÜMİD
Dünyanın ən şirin hissidir
özünü aldatmaq. Daha doğrusu ilk dəqiqələrdə şirindi, sonrası zəhərdi. Bəzi dərmanlar kimi. Hər gecə yatarkən səhər oyanmağına inanaraq özünü aldatmaq beləcə yalanla yatmaq və hər səhər başının üzərində asılmış bütöv Azərbaycanın sənin olmasına inanmaq, beləcə gününü yalanla başlamaq. Cəzalandırılmış əraziləri azad etmək.... heç olmasa bir dəfə bircə dəfə qəhrəmanlıq etməyinə, qadağaları pozmağına inanmaq. Məntiqsiz sözlərə, boş vədlərə.... aldanmaq. Yalanlarla qidalanmaq beləcə hər gün, bir az da zəhərlənmək, bir az da özgələşmək.... ... Yalandan gözəl bir ümid biçmək. və ən ucuz qiymətə satmaq.... Beləcə ümidlə yaşamaq.... |