UNUTMAQ.
Gecələr
əlimin içinə tələsik yazdığım, səhərlər suyun yuyub apardığı, yazılar kimi sən də silindin həyatımdan. Səndən qalan xatirələrsə gecə lampa işığında çarpayıma dəyən qələm izləri kimi pərakəndə, anlaşılmaz solğun olaraq qaldı. Yusam da getmir xatirələrin. Nədənsə xöşbəxtliyin hərarətini duydum bu xatirələrdə. Amma mən xöşbəxt olmaq üçün sevməmişdim səni. 0nsusuz da biz insanlar bədbəxtik. Çünki kim bu dünyaya gəlirsə O “Yer” adlı yumru bir oyuncağın içində fırlanmağa, bəzən çirkaba batmağa, bəzən ani xöşbəxtliyə əyilməyə bəzən də sadəcə susmağa məhkumdur, istəsə də, istəməsə də. Bütün bunlar, hələ nələr, nələr hamısı unudulur tezliklə. Amma kim deyir ki, mən səni unutmuşam? “unutmaq” elə “unutmamaq” deməkdi. Çünki unutmaq istədiyin kimi isə nəyi isə daha çox xatırlayırsan. |
TEBRİKLER
DİLERİM YAŞADIĞIN DOĞDUĞUN ŞEHİR VE ADIM ATIĞIN HERYER NEŞE VE HUZUR DOLAR
SELAM SAYGI VE DUA İLE
A.E.O