SANİYƏ ƏQRƏBİ
Asacağam özümü
rəqəmlər üzərində rəqs edən dəqiqələri yaradan, böyüdən onları saatlara pay verən dünyanın ən azad dəyərindən-saniyə əqrəbindən. Axır ki, dayansın! Axır ki, məğlub olsun mənə... Bir azca da dincəlsin. Himn oxusun mənə, azadlıq himnini. Ruhumdan qopan bağırtıdan, qırılsın bütün zəncirlər, qəfəslər Azadlığa çıxsın bütün beyinlər, vicdanlar, ürəklər.... Bağırtımdan parcalansın qəbirlər! Azad olsun azad olmağa layiqlər. Şər xeyrə, yaxşı pisə, mələk şeytana.... qalib gəlsin.... Cılğın, azad külək alsın aparsın cəsədimlə ruhumu sonsuzluğa.... Saniyə əqrəbi də davam etsin öz yoluna.... |
Asacağam özümü
rəqəmlər üzərində
rəqs edən
dəqiqələri
yaradan, böyüdən
onları saatlara pay verən
dünyanın ən azad dəyərindən-saniyə əqrəbindən.
Axır ki, dayansın!
Axır ki, məğlub olsun mənə...
Bir azca da dincəlsin.
Himn oxusun mənə,
azadlıq himnini.
Ruhumdan qopan bağırtıdan,
qırılsın
bütün zəncirlər, qəfəslər
Azadlığa çıxsın
bütün beyinlər, vicdanlar, ürəklər....
Bağırtımdan parcalansın
qəbirlər!
Azad olsun azad olmağa layiqlər.
Şər xeyrə,
yaxşı pisə,
mələk şeytana....
qalib gəlsin....
Cılğın, azad külək
alsın aparsın cəsədimlə ruhumu
sonsuzluğa....
Saniyə əqrəbi də davam etsin öz yoluna....
Gönlü pare pare dertlerle parçalanmış azarbeycan halkının halk şairini ve dizelerini kutlarım.Ne mutlu azerbaycanlı şair kardeşime hüzünlerini kardeş Türk şairleriyle paylaşıyor.Güzel şiirini kutluyorum.Yunus diyarından Azerbaycana selamlar.