SƏNSən bir yığın çiliklənmiş yarımçıq cümləsən. Nə bitirmək nə də birləşdirmək keçir könlümdən.... Sən uzun saclarımda dolaşıb qalmış bir ovuc baxışsan. Artıq saclarımı kəsmişəm... Sən dodaqlarımdan qopub düşən təbəssüm parçalarısan. Paylamışam səni parca-parca tez-tez qarşımı kəsən donuq gözlü dilənçilərə... İndi nə var olmağa hazırsan, nə də yox olmağa qovuşmusan. Sadəcə çox uzaqlarda, sonsuzluqda üfüqün dənizə birləşdiyi yerdəsən.... |