GEDİRƏM...
Gedirəm...
Barmağımla ölçə - ölçə daşsız, çınqılsız, keçməkeçsiz Və heç də uzun olmayan yolumu. Sol əlimdə keçmiş, sağ əlimdə gələcək... Gedirəm... Bacardıqca tələsə - tələsə iki metr ağ parçaya dəyişib ümidlərimi. Bir ayağımda sevinc, bir ayağımda kədərlə... Gedirəm... Hönkürüb ağlaya - ağlaya o ağ parçanı örtməkçün Bir ovuc torpaq həsrətiylə... Göz yaşımda islanmış ruhumla gedirəm. Bütün tənələrdən, istehzalı baxışlardan, vicdansız ləqəbindən...hər şeydən, hər şeydən qaçıb, Qara bağın qara ağacları üçün Bir parça torpağa, Havası üçün bir topa buluda çevrilməkçün.... Gedirəm... |