ÜSS (24)indi öz , su kimi öz , özdə axışqan bilə bil . öz üçün , öz özünə , buldu yeni can bilə bil . bu alan kibriti söz , söz öpüş aldiqda kağız , yanğı şəklində ipəksu sevişir , qan , bilə bil . iki qəlbin buluşu sev günü çılığın kül ara , bir kilit oldu deyə açqı gəzir , ban bilə bil . böylə devrim köçürür əsgini , sözcük qadını , yoğurur səs çağasın , kim çalacaq çan bilə bil ? sevişin tər beşiyindən , ötərək döl soluğu , quşqusuz bil qucuyur , hər yeri vulkan bilə bil . pül verir dan küləyi , kül püləyi göydə gecə , söz doğur öz ilə üss , üss yeri insan bilə bil . DIVAN-I ƏRĞƏVAN (24) M.Ərğəvan |
didaktik ve lirik iç içe bir bir şiir..azerî türkçesi dersini zamanında daha dikkatli dinleseydim bu şiirdeki imgeleri kaçırmazdım.saygıyla...