BIR (26)bir dişi dün alaturka ödün arxın çevirir . onu çılğın ləpələr öc ilə çin-çin devirir . sonda susqun soluğun giz aparır , giz hara gün ? gövdəsin dişlərə dişlik gecə qapdırqın edir . o susr yerdə açır imgə , xəyal pərdəsini , sanki uraman kökü öz yengi dibin , öz sezirir . görünür orda ağac , qırda çiçək , göldə çilik , bir ürəkdir yanaraq , su boyu su , sevgi verir . könül açdım yaxınam , söylədi sus-sus geri dön , sənə pay düşməz odum , bil odu bir məndə sevir . siqar olmuş gəzirəm , özgə dodaqlarda kimi , oluram tüstü açıq , çün yaramır mən sevi BİR . DIVAN-I ƏRĞƏVAN (26) M.Ərğəvan |