8. CAN KİLİTLİ(OVERTURA KİTABINDAN) 185 Min kilit Könül dərisinə Sancaqlayıb mən Bu kilitlər Canıma sarınıbda Sınamadım Dörd--on Və dörd--on boyuca Yol hamarsız Və işgə Keçidlər Başdan--başa Təhlükə Kilitlərım ilə Paylaşım deyə Bir açar yoğurdum Özdən Və təkər--təkər sınanıbda Hər bir kilit Təhlükə doğudur Təhlükə Bu kən Vay könlümə Vay mənə De ! Necə qorunsun mən Könüldaş təhlükəsindən Bunu 186 Bir gecənin Min--bir tanığı deyir . Və.. Dörd--on öncəsində Ay qırığı qoxusuz Kölgə Kimsəsiz Və araba şüşələri Ögey Və qurbət üşüdməsi Bu şəhər ögeyliyinə Nöqtəsiz Aşır Bu aşırımlar imgəsinə Uruspuların Öpüşü tanış Və mən sərxoş Ayaqlarım baş Və baş Ayaqlarımın Topu Bu səhnə Var ilə yox Arasında Bir gerçək Və özüm Özümü seyr edərək İti bir nəfəs Bağrımı yarır Daldan qabaqlara 187 Və inilti ara Məni Mən dinləyir Şu deyim Bütün zadların zadı Və bu zad Vırılıbda mənə Aşqın variyam Varlığıyam Onsuz Nə gərək Var olmaq Və onsuzluqda İnsan oğlu insan Və qadın qızı qadın Dəyərsiz Vitrinlərə Satılır Və binasız Tavanlara atılır O zad Mavi duyğuların Sel gəmisində Raki qoxulu Dan arasını dolaşır Dəli-dəli Mən kimi Və yarpaqlar Kölgəsini içirdə Üşüyür 188 Və üşüdüm boyu aranır O zad Görən quşqudamı Bəlkədəmi Gizlənib tapılmaz kimi Bu nədən ilə Yaxınlardan Uzaqlara gedir Bu gediş Və bu Qurbət küçəsi Nöqtəsiz Dalan sonucu Və Əlim yanağim göyərdərək Boylu bir qadın İmdadıma çatın =Doğuram Sədaqət Hardasan Ey sədaqət maması Dedi :-- = O = . Bu söz Aradığım o zad Və doğmadan Doğma Və dörd--on 189 Soraq tutduğumun adı Daş vırdı ayağıma Bu axtarış Dadı Sancı notunda İmdadsız Doğuş Bəlkədən Quşqudan Qurtularaq Gerçək mahnısını deyəcək Sorulara Və çırpıntılara Ayaqlarım tutuqlanıbda Qanadlanıram Bu ögey şəhərə Burası Gəcil qapısı = İyirmi = Şurası Gəcil qapısı = On--səgiz = Orası Gəcil qapısı = On-beş= Şurası Və orası Bam--başqa . Burası Nə--ha 190 O çəlişgi Şu çəlişgi Nədir bitməz Bu çəlişgi Harayım Haraysız Və əllərim Tanrıya yetib kimi Bir qapıdan boylanır Gənc qız Bacaqlar Topbuş Və parlaq Döşlərində Əmiş təri Aslaq . Dodaqlarında Diş Və öpüş yeri Boyaq Və çırıl--çıplaq . =Ehey Alışlı Verişli Dəllal küçəsində Sədaqət Doğulamaz Burda Nə gəzir mama Qapanır 191 Qapı Kökündən əpriyir Dünyamın sapı Yorğun Və mudsuz Geri-geri Və bulamadığımda diləyini Duluxsanmış gözlər ilə =Bilirəm Ey sədaqət vurğunu Dörd--on Yorğunu Araba dolu bu şəhərdə Gənclər Həşəri gövdələr küçəsinə Parkına Nəsilsız gedir Və mən Qıbləsiz Kəfənsiz Və adsız Mazarda sevişib doğuram Və beşiksiz qalacaq Sədaqət Bu bir həqiqət Yoxdursa mama Bir daha Bir daha Geri dön dolaş 192 Ah dünya Ah Dolaşıram Harasızları Və hardan Hara Aşır İnilti dalğaları Bu zaman boyası Bu insan mayası Danılmaz Küçə--küçə Şəhər--şəhər Və ölkə--ölkə Sədaqət maması Tapılmaz Bu yox payızı Xuyuma kəsilib Bayatılar Qaşı qədər Gözlərimdə gillələr Gılənar yaşı qədər O qaş Bu yaş Aradığımın oynaşı qədər Yazıqlar olsun Mənə yazıqlar Bu yazıqlıq boyasına Saniyə səssizliyi Doğur saniyə 193 Və Dəqiqə yoğrulur Puçuq--puçuq Və Saat qanadlarına uçaraq Dörd--on Qadına calanıram yenidən . Və gözlərini atıbda Allaha =Sən Gözlərini üfüqlərin İçinə salırsan Və buludlar Görəməyir səni Bu sütül ucalıqdan Mən alırsan Bu zaman könlüm Gözlərinləşir doğuram Gözlərin aydın Muradına çatdın Ey yazqların Qadası Və səndəki Sən Sənin deyil Ölülər küçəsi kimi Hələlik yurduna sarın Sonra Gələrsən bəri Və ...və 194 Gün İşıq Həftə Quş Ay Sarmaşıq Və il Sərxoş Zuğan-zuğan Ələnir Və inci kimi mıncıqlar Saysız Bunu Min Və bir gəcənin Necəliyi deyir Və bir çanaq zaman Bir qaşıq toz Buğlarıma Calanır Bax Tüstü papağıma Bir ağız Xuruyat daraşır Bu görüş Ölülər küçəsiniə bənzər Bir kilit yox Min kilit Könül dərisinə sancaqlayıb Mən 195 Dolaşıram Amansız Arayıram Gumansız Hardadı Sədaqət görən Və mən önündə göyərir Keçmişi həşəri qız Və dodaqlarında həşiş =Bir dəniz Gələcəyini atıb Hansı sədaqət Hüzuruna gəlib Ayaq izlərin Mən susqun Və dinməz =Dinsəndə Dinməsəndə Dil açıb deyəcək Gözlərin Göz Ala--ala Sədaqət Öksız qalıbda Mark Və dolara hovlanır Ac aqlıb Ölməsin deyə Uruspu ərkəklərə Ovlanır 196 Mən Və sədaqət Yasalar Və insan muzeyinə Quşqusuz görüş Və Könül dərisinə sancaqlanıb Can bildiyin kilitlər Uruspu doğur Uru--spu Bunu Bir Gecənin Min xuyu deyir ... Berlin 16 İyul 2000 M. Ərğəvan |