9. SƏMFUNU BOYU MƏNDƏ BİR MƏN ARANIR(OVERTURA KİTABINDAN) 197 9. SƏMFUNU BOYU MƏNDƏ BİR MƏN ARANIR Və mən qoşar Və mən boşar Bilə--bilə Bu günü Və bu gün Düşünməyir Mən qoşacaq varlığını Və mən Dibsiz bürgü boğazı kimi Udqunsada mən Bu mən yer altı Çay ürəyi Və diləyi Çün mən Unudqan Və Düşüncəsi özgə bir ordunun Əsir Və didərgin carcısıdı Və mən Yarın yarışına Və barışına Gözəllik aparıcısıdı Və mən Öz gücünü unudmuş Bir ulusun sözüdü 198 Və gözüdü Və yenə mən qoşar Düşünər kən Vaz geçilməzliyini Bu qoşarlıq Qabaqların güzgüsüdü Və biz Yapraqların sözlüyü deyə Söyləmədiyimin burasını . Düşünəyim . . Və zamandan soraqsız açır Səmfonu ayəsi Ağrılar qapısını Və duyubda ah yapısını Çəkirəm haray Bu iniltini duymayırsa bir kim Kimsəsiz O kim Kimi arzılar Bu kən Bir toyan Və bir yavru Oxşayır mən Və bulud səslı notlar Quşlara Ağaclara . . . Və çiçəksiz budaqlara qoşur Şuberti Və Əzizənin Özünü 199 Bu səmfonu Sazsiz Və gitarsız Birdə yaraqsız oluşur Yağışlara Bu yağış kimi O yaşlını Bu gənci Piyano çalır Piyano Bunlar Bir vaxt Berlindən Parisdən Və Londondan uzaqlara Səhnə deyə Paylaşırmış alqışlara Və çalır indiki səhnə Teatr yerinə Benzin qoxulu səmfonular Ama çaşma Və çaşırma Bu sex şarkısı Və buz üstünə Tans haylamır Sarı Gəlin Və Babək Namazı Birdə Balaca Qızıl Balıq Səmfonusu deyir Hələsizlər dünyasına 200 Və hələliklər Özgə varına arxalanırda Quşqusız bir aləm doğulur Tutqun Və susqun Səmfonu qurubunda Axşamalı mən disgin aşır Və daşır Və çəlişgi evrəni kimi Mən Yerikləyir mən Və kin dolu adasında Uyamadığım Dil boğazına salır dərin Və ala göz vodkasız Səmfonulara Qarşı evrən Ömür pozur Ömür Və ölüm tozları daşlanır Mən sarı Böylə qurulmuş tuzaq Hayıf alır Mavi yoğrulublardan Bu hayıf fəlsəfəsi Zay tumu bənzər Mən ovlayır Bu ovlayış Damarlarıma sarqın Və qalğın 201 Bu qalğın qalarında =Eh--ey olanaqsız Suçlu olduğunda yerin Sonsuz bataqlıqlar Bu nədən Mənə qənim çağlar Həyatın son tiyəsində Büsbütün olanaq Havalanır Və səmfonular Kovansız yaralanır Sanki Həyəcan otubanlarına Devrilmiş araba kimi Və bu kimi Mən səni Mən bilə bilməz Və sən Məni Sən bilə bilməz . Və can Yad gövdəsini Tən bilə bilməz Böylə hal . Heysiz çiyinləirim Damu körpüsü Və oradan ötür eləbil Arğış arğış Düşüncə dənim Və ağrılara kəfənim 202 Tükənməz çətinim Və ağrıya qarşı boyu İmdad səmfonusu Və ümid boyalı toyan Səpələnir Birdən Və çisil aləmin Səhərinə alınıram Dən--dən Bu dən Mavi ekran Pərdəsini qaldırıbda Bəbəklərim Heyrətlənir Və notlar açılışına Bir nöqtə tellənir Məndən içəri Bədən köçəri Aşq Həyat Və ümid nəğmələşir Təndən içəri Gövdə köçəri Və mən paylayır mənlik Səndən içəri Sən köçəri Və öz varlığımız At kimi Tarlada çapır Çən deyə 203 Çəndən içəri Çən köçəri Və biz yağmuru Yazlıq çiləyir Yaz boyu Qanlı kəfəndən içəri Can köçəri Bu roya nəmişi Olurda olmuş Çəngizxan işi Çin deyə Çindən içəri Çin duvari Kökdən köçəri Bu içəri Şu köçəri O gündən bəri Bölük-bölük Və hörük hörük Mən ölməz yaşar Və bir qayıdış Səmfonusu qoşar Yerdən yerə Bu qururda insan Min boya çalmır Və para sumağına Bir qarışlıq ucalmir Və qocalmır Bu yüksəliş səmfonusu Məndə 204 Bir mən arayır Və ulu bir öz Yazlanır bütün Və notlar büsbütün Birər birər Boğaz qurd kimi Göy qurşaq doğur Gələcək kimi göy Və səmfonu mavisi Olmadığımda yağır Olduğum qədər Bu anlayış fəlsəfəsi Elçı gedir Toyan adına Və göyərır bakirəlik Yenilik Bu yenilik ilə Göy tanrıya üz sarı Ey mənə Məndən yavuq Bir kərə seviləyim Bir kərə Bu sevda sonucunu Doğruda gəzəyim Bir gecə Bu amac Və bu istək ilə Yorğun ayaqlarım Bir qoltuqda əylənib Xəyal udqunur 205 Və özünü duyur Bir qanadlı quş kimi Göyərdiyi yerdə Və bu ləhzə Kimə nəvarki Tək Vəya Qoşa qanad aşıram Səmfonulari Əcəb ! ... Və əcəb !... Bu əcəblər sentezində Həzin bir melodiya Bir mavi kəlisa oxşayır Əsrlərdən oyana Və Babək namazından buyana Mən Linda aşqını oğurlayır Məkanın Və zamanın Unudulmuş günü Bəlkə Bu bir aldanış Bəlkə Bir ufaq gerçək Və nədən başlı hekayə Və dıram .. . . . . Və bu can Linda atı 206 Və həyatı Bu sevgini qıysam Mən unudar İlahı semfonusnu Və yanğısı Heydər baba boşluğu Və naxoşluğu Köləlik Böylə bənzərlik Berlin boranlığı Təbriz soyuqluğu Dodağlarımı içir Və olacağıma Olduğum keçir Özgə özgə Və bir çanaq Linda gözlərində İlməklənir Opera sarayı Bu saray Kimə boş Kimə doğuş Və görüş arxasında Mən aktiyor Və səhnə önündə Otello daşqalaq Bu yön Fizuli Və ərğəvan deyərək Aşq alaq 207 Aşq Və bu aşq önü Dante Gəlir kəfənsiz Və bir sürü Etinasız kitablılar Özünü aldadir Aldandığı kimi Və bu aldanış bərində Mən deyir Darılma Darılan Bansız Və kəlisasız Gedər harasız Və mən Bir kərə darıldım Sənələr alınmadı Nələr var nələrim Və Bir damo impraturluğu Olumlara dedi Ölüm Və mən çarasız Linda operasına Yapdığım hədər Və yapamadığım kədər Başdan--başa Və bu kədər güzgüsündə Kölə bir türk sızıltısı keçir 208 Daşdan--daşa Bu inilti Barıma varıb Qurublaşıram Və dünya heyva olur kimi Yuxusuzlaşıram Və bir ovuc özləm Linda qollarına Qoşulur ləhzə Yavrum yavaş Bizim ellərdə Bizim yerlərdə Sarılmaq Yasaq Bu səmfonu Olmadığım topraqlara Sürəsiz filim Ah Sevgilim Şu bəyaz gecənin Papaqsız ulduzuna sarın Və sən Könül yaşarın Alahısına payladın Və mənə qıydığın seviş tərini Yücələrə kərpiclədın Xoş Və sərxoş Və məni kölə sanaraq Boyalandın fotoqraflara 209 Reqlamlara Və nəşə sonu Mən səmfosunu dilədin Nə fayda Və nimdaş paltarından Məmələrin boşanaraq Barmaqların boyasına boşalır Qadınlığın Bu ləhzə xumarlığını Masa Və salon Duymayır yəqin E--hey ! Gəlinli səhərın Sabahki gəlini Ayrılma royalarımdan Mən Böylə dünyanın acıyam . Və sən Bilmədiyin kimi Sarqınlığın orucuyam Bu oruc ayi Qarışqa varlığına bənzər Doğulur Var ilə həyat Və Səhər qazeti Uyğudan oyanır Səmfonu boyu anlar Məndə 210 Bir mən aranır Obaşdan havası kimi Malinte 2001 . M. Ərğəvan |