7. ÖZLƏM PARKI172 Göy qurşağına bənzər Ötərgi boya deyil Bu gəliş Və gerçək tanrısı kimi Daldasında ağ doğuş Öncəsində Mavi qurtuluş Bəsi Ağ ilə mavi boyasında Ölməzlik səsi Və bir aləm nəfəsi Bu gəliş Bu bəs Nardanasını qısqandırıbda Əllərın Bədənimi dolaşır Və milyon göz həsrətlənir Biz olan yeri İlk kəz Telqram atdın gözlərimə Və park özləmi Bizə uğur hörübdə Vırıldım İtimi Və Hekayələrimi sevdiyimdən Artıq Və baxışlarımız tutuşub 173 Sarışdıq Bu sar xuyuna Özləm parkı tanıq Və pərdəsiz uzanıbda mənə Nə dindin Nə danışdın Demə Sus yaraşır aşqımıza Və suscasına Qabaqlar zirvəsini aşaraq Daşqın baxışların Qarış--qarış Dənizləşir Və dəniz təpər şarkılar Şəfəq boyu Sahilləşir Və bənövşə gözündə Göz yeri Yanar kimi Könlünü Könlümə Sarmaq dilərsən Nə sız Nə saz Yalnız Və yalnız Aşq gözlərini gətirərsən Böylə çalırsan Və ucalırsan Bu çalğı ucalığında 174 Aşıq qərib Və qərıb aşıq Mən deyib Qopuz sazlayır Və bir mahnı Yanar dağda Qürbət--qürbət Sızlayır Və mən Saz ilə sızdan Aşq gözlərini çalıb Diləyinə barındım Bu gözlər Kirli boyalardan ıraq Göz muncığı səpələr Yerdən--yerə Və basdığın torpaqı Öpər olsun Və sən diləyi doğulubda İpək köynəyinə sən Yoğurdun düymələr Və onların yerinə Oğurladığım aşq gözləri Sarınaydı Kaş Bir daha Sən aşqına sarınım deyə Yağış olub Əllərinə düşürəm Və al qoynuna ərkəkliyimi 175 Yalqız bənövşə kimi Öüşüyürəm =Sus Və özünə dön =Nədən =Bu sevgi alay Biz Başqa-başqa Bir qalay Sən savayi Mən savayı =Yox Biz savayı deyil Bilə sən Aşq okuluna gedmədinki Sözlərin Sözümü Oxusun Və sən Mən kimi Virilmadın kı Gözlərin Gözümü Qoxusun Sən Aşqıma alınsın deyə Barmaqların Aşq köynəyini Toxusun Bu dilək 176 Doğru bir olay Olamaz alay =Sus =Nədən =Gedirəm =Hara =Gözliyənim gilə Olacağımı gözləyir bilə =Lütfən sus =Susamam Bu son görüşdə Gözlər Sus gözlər =Qal bu sabah Qal =Olanaqsız =Onda ah =Bu ah Unudulacaq mənsiz =Olamaz =Biliərəm Sona qədər qalamaz =Onda Ləhzələr ortasında Gözlərini Gözlərimə sal =Yox Ayaqlarım qaldırımlar Geyinib =Bir daha 177 Soruma yanıt =Boş xəyal Bu gediş sorusuz Və yanıtsız gedir =Diləyirəm qal Qalmadın ki Olsun Borc aldığın öpüşlər Həlalın olsun Sar Sarmadın kı Olsun Borcumun yerinə Qaldırımlar Hüzurum olsun Və gətirdiyim aşq gözlərini Özünlə apar ki Susum sənsizliyi Sənsiz qədər Həsrət parkında Ancaq Unudma İlk görüş Və bakirə öpüş Teatrını Orada Duyğularımız daşlanaraq Arındıq özgə boyalardan Bu gediş Mənsizliyi alıbda 178 Bir ovuc sancı Və qorxu doğur Sən isə qanadlanıb Susurluq yoğurur Və mən gözləri Qaldırımlarda Portağal kimi İndi sənliyin Ötərgi duyğulara qanıb Savayı qoynuna daşlanır Bu qaynarlıq Boşuna daşqınlanır Və hisslər sönübdə Çaxır şüşəsinə Küçə qurbanlığı Və mən Köksü üstündə Bir bardaq ah Burasızlaşıram Buda bir gediş Və yarış Bu ah Qəm tütəyinə Bir dünya və Bulduğumuz aləmi yaxır Bu gediş səsi Səndən aldığım Tiryaklı öpüşlərin Təhlühəsi Hadı 179 Get--get Uğurlar olsun Uğurlar Və bizi Oğurladı bizdən Oğrular Bu anda Sanci sələmi qalıbda Mənə Parçalandım Yüz yerə Hər yüzə bir çıraq mən Və nur verəli yuzlərə Öz qədərim çıraqsız Və park özləmi dodasız Bu kən Gözlərimdəki yalqızlıq Düşüncələrim ələnir Anilar yorğunu kimi Və İçimdə gərgin çoqun Bu çoqun Nisgil bayatılı ruman Baxışlarımın sətirlərinə Və birə min dağ Və qalın qat guman Bu duman imgəsinə Ağaclar dalsız Və doğulmamışlar yalsız Quşlar 180 Qanadsız Və çəliyin ox sırğasına Düşür damlalar Qanlı--qansız Və qurdlar Adlı adsız Və yuvasız Hara gəlir doğur Və cocuqlar muzeyi Ulusum qədər Pasportsuz Və bu yol boyu Otubanlar körpüsü Uçuq Binaların üzü torpaqda Buruq Və qırıq Və minarələr azansız Kəlisalar çansız Və biz sonucu Şoşablar fabrikasında Aybaşı Və Çaylarda vodka şüşələri Balıq yası Və disko barlarda Bəyaz tozuna boyalanmış Oyuncaqlar Muşambasız Bu uyğarlıq 181 Mən içərək Bir bardaq Arpa suyunu Bir bardaq Göz ışığını Gün batana kim Udqunuram Və görüş masası arxasında Gözlərını görmədən Qalıram Və köksümdə Bozqır sevdanın tarı Lal Və bir mən Birdə ağrılar Və özlüyümə daşınıbda Hər zad bəlirsiz Və susqun duman Və duman altı Geri--geri Bir əsir Qorxu Və Həyəcandan əsir Və hara = O = Ağacsız dara Tələsir =E--hey Oradan ötən 182 =Hə =Park özləmində bir qiz Gördünmü =Hə =Hansı payızda =Dün =Və sonra =Hə Apardı sar öz ilə ... Özümə daşınıbda Parasızlıq Mudsuzluq Üşüdəmədi Ancaq Muzey körpəsi Qaranlıqdan qorxduğu kimi Sevgidən Və Ərkək fahşələrdən Qorxuram Bu görüntü Gövdəsəl ərkəklərin Fahşəliyi və Uruspudan Yoğrulan nədəni Bu nədən könlümə Yapışqan olubda Gözlərimin altında Park Balkon 183 Və Dənizdə boğulmuş şəhər Ey yüyənsiz axşamlar Axşamlar yüyənsiz Sevgimi yoğuran Ötər kən parkıdan Radiyo qapanıb Və dizlərim ovcumda Tiryak mövsumu Dedi Xəyalın uçaq olsada İtirib xəritəsini Unud və Unudul =Sözdə nəvarki Varlığıma yetim bilə Ayaqlarım Çırpıntılar Və hayıf = Ona = Gələcək deyib Vırıldım Və onun yerinə Bir çiçək sevsəydim Məni ipəksu qoxuyardı Dörd fəsil xuyu İlk kəz Bir baxışlıq alındım Və son kəz Kəhlik olub 184 Ucalığı çaldım Və Bu ləhzə Bir qara çiçək Gözlərim Susadığı yerdə Berlin 2001 M. Ərğəvan |
Hem de birkaç kez...
Sen hep yaz...
Uğurlar olsun
Saygı ile