5. DAŞ QALAQ145 Lal Deyil lal Göy ilə Yer mavisi Və sayğı Min çeşid Boyalar Sankı Boylu göyərçin kimi Buludlar Yağırır yumurtalar Və onlar Bir mavi yeriş yeriş İnilti kamancası deyə Uyamayır Və uyudamayır Gecənin mehriban pərisini Və atır ağrılara İlahı səhnəsini Və deyir şüşə gözlər =Qərənfil Sən əlləri Tanrıya dalır Və mən alır Və mən sevgisindən içib Gözəlləşirsən Və bu an 146 Xəyal qiriqlarim Tanriya qisqanir Deyirlər oda Gözəllərin vurğunudu Və qorxuram Səni Məndən qaçıra =Olabilir Qaçıra bilir Ama öncə Altunbağ gilə Gedəyim İstərsə ürəyin dərəyim Qırmızı alma Sən yarı Yarı mən yeyəyim Və Yubanmayım Gövdəmiz qalıb Nəştab Və bilki Deyişlərimdə Öylə yaxın Və böylə şirin Var dadı varki Biləməz dadını Soraqsızlar Və gəl Altun bağ gilə Gedəyim gilə gilə 147 Və ... Göy Duru Yer yaşıl Mavi yerişlər Özləm sonu kimi Və bir sevgi oyunu kimi Al Və incə gülüşlər Narın Və könülərin Buluşunu oxşayır Yaşıl otlar Və onlar Dadır alma Və son Bir acı ulama Qaçırır qərə____________ qərənfil Və Uzun illər Tək könül Tək vırır Və bir bir Heyva baxışlar Körpülər bəzəyi Və sokaklar düzəyi Və böylə kimi Kipriklərin arxa oyu Narsov dəniz Və narıngil yağışlar 148 Gizli bar boyu =Eh... Neynəyim Və eh ... Nəbilim Və eh ... Nə mənə Və nə çox moruq Zamanıma qatım onu Ovuçlarım əsnəyir Və deyir =Olarmı =Olar =Gözlərindəki Durğunluğun Cizgilərindəki Yorğunluğun Solğun çilənir Və danışmadan söləyir Nə olduğunu =İnsan qəlbi Oxunmamış bir ruman Sən Bu rumanı oxumuş sanki =Yazar tanış deil Ama ruman konusu Özünü qarqımış Demi =Bəlkə =Onda yeyəim alma 149 =Alma Yox alma Bu konu Düşünməyə dəyməz Ancaq bir kəz yedim Bu günə kimi Çəkirəm sancısını =Dediyin eləbil Şakalat və Şip--şirin şaka =Düşünsüz ürək Bir ovuc ət ilə qan Boylə bir olayı düşnür şaka Və əyər şaka sanırsan Top--topuş əllərin Əllərimsiz Və sərxoşluğuma Sağlıq deməmiş Və məni Məndən alamaz Öpüşlərə bürünməmiş =Bilirəm Hər kəsi bir zad almış . Səni tiryak Məni Çaxır Söylə sağlığını =Qərənfil aşqına =O kim =İlk kəz alma yediyim 150 Sevda pərisi =Mən adına deyilsə Bu bir aşağlıq =Öylə sanma Öylə sanırsan Sən istəyi burasız =Ey tiryaklım yapacağın Parasız =Nəqədər gülünc Para Tanrı boyası Və əldən düşür yerə Çağırır Ana iblisi O zamandan Para bir ləkə =Ləkəsiz Varmı yaşam =Var =Mən üçün Ləkə Və ləkəsiz Bir gözün Qoşa tərəzisi =Yoxmu tanrı polisindən Qorxu =Buraxdım iz hecalarını Tutuxluğum Gumansız Və burax polisi 151 Seviş anı gəlir =Əzizim An sevişi Bir ömürün titrəyişi =Flosofsanki =Ön qabına göyəririsə Üzgötürüm Anlara Və İllərə Əsir gedər mən sonrasi =Ah dəli qanlı İçin havayı duyğulara Mayasi Və qərənfildəki Məndədə var Sənə yaşar verəcəyim Anları düşün =Ah pamıq könül Yanılmaq Nargilə suyundan incə içir incəliyi Və qorxuram itirəm Və bitirəm Xəyal çələngimi =Sən özünə amansız yağı Tanrıda İnsanda qınayır Bu sayağı Mən bir cındır fahşə Və 152 İstəməzəm Bölə bir durum Sən üçün =Sən uca ürəkli Və başa düşki İllər uzunu Göz kökünə hörülüb Bəkləyiş Və bir xalvar yuğ ilə Tiryak zəhərini Dərman sanıram =Sən Bir pezəvəng Və doğru bir sarsağ Bəlkə ulu bir ərən Nəbilim Artıq öpür Nəfəs--nəfəsi =Mən nəfəsi öpüşsüz İçimdəki alma dadı Düşündüyün Basdırma deyıl Və bilirəm sən sevgisi Vurğusuz =Yetər artıq Bu qədər oyuncaqlıq Qaldırıram Başımdan qondarma saçı Və indi tanı Alma bağındakını 153 Alma daşını Və Mənı tanrı qaçırıbd dedi Bəbəklərin deyir Nə deyir Dedi Və eşitdim Səndəki göz Yaddı sənə Öz qədərin Atdı sənə Görnə günə qaldınki Öz həyatın Yaddı sənə Və sən isə Qara ömründən umur Su qədər suyu =Ah qərənfilim Sənmisən İzin ver öpüm əllərindən Və bilməlisən Can çay dəmsiz Və buluşumuz bizimləşir Ötənsiz =Sən bir zəngin Və yaşamın kral kimi Mən bir yoxsul Armızda cox ayrılıqlar =Mən varı Varnlığı sən 154 Öz istəyin kimi Yaşa necə istərsən Və yalnız aç ağız Söylə diləyini =Dediyin bir roya Və bilrəm Hər zad ala bilərsən Ama mən könlünə Yetməz dəyərin Sən Para ilə şan yolçusu Və Mənəm mən vurğunu Ancaq qərənfil Küçələrin yorğunu Və Ərkəklik öcünü alım deyə Görürsənmi bizi sezər gənci Bu gecə Odur yataqdaşım Yarinlara bəlirsiz gedirəm =Ah Dodaqlarındakı-- Al--buluş Tələm--tələsık Bu görüş Hansı qalarğı şarkını Və Doğulacaq şaırı Çaşıracaq 155 Mənim kimi =Qayıt özünə Bul özünü Və dinlə qərənfil sözünü Mən Bütün buyruqlara Qarşı bir qadın Və ərkək gözündə İblis kimiyəm Çün ilk kəz ana iblis Qırıb tanrı zoraklığını Bu bir uğur insan üçün Və bu andan büsbütün Qərənfil özü sənin Və gövdəsi özgənin Və sən Mən dəyərini düşəmədin başa Bu söyləm sənə Bir iblis hədiyəsidi Və səndən ayrılıb Gedirəm nəğməsidi =Dayan Nə olur dayan Uçurumlar doğulurca Qapanar Qapılar Gedərilmişim Ahey ah Qədərilmişim Belə Hara belə 156 Geri dön Geri Və köksüm üstünə Su sərilmiş yeri Yada Son kərəlik Özünlə apar məni Və öylə aparki Duymasın izlər =Sən içinə dal Və özünə əsir qal Mən sonu ayrılıqlar Və səssizləşir duyğular Hələlik Və beləlik =Getdimi =Hə =Boş ver =Nəyi =Boşun özünü Və devrilir masalar Sən burasız Və ... Ötür Boyalar Palazdaşım Yer düzü daşlar Və içəçəyim Ölüm Və sezdiyim bir ovuc 157 Qara toplum Biri çoçuq Biri toyuk Və biri qadın Alır-satır Və mən ağrı alıb Satıram kədər Və kim--kimə səhər Yayilir soraq Qərənfil adlı bir qadın Daşlanacaq =Harda =Qanşarında bazarın =Ah aman Bu mən qərənfili olacaq Deyil özgəsi Son kəz görüşüm deyə Köksümda bir qucaq qərənfil Daşqalaq sərgisinə Qanadlanıram Və toplum sırasını yarıb Qərənfil qoynunu Qucaqlayıram Və sezirəm baxışlarından Qıvanc yağır Qor kimi Və sanki Toy otağına gəlingdir Adaxlı qız Və gözlərin salıbda gözlərimə 158 =Gəldinmi tiryaklım =Hə gəldim sevimlim =Görürsənmi Tanrı evladlarını Əllərində daşlar =Görürəm =Mən isə Qurur ilə Yaxıram ysalar Bu daş qalaqlar Qadınlıq şərəfi Barmağını qaldırıbda hakim Başlanır Daş yağışlar . Və ahda demir qərənfil Və mən Bir sevgi elçisi kimi Daş yerinə atıram çiçəklər Və son ləhzələr Bağrıma basıb Və qonuşur ürəklər =Tıryaklım Ərəb Allahı insan Yağısımı =Görünür böylə =Bir daha doğulsaydım Sənə tanrı deyib Oxşardım boyunu Bu daşqalaq toyunu Sevgi məzarı üçün 159 Qarşılayıram Ancaq bu gün Adsız Və Qərənfilsiz qoşa məzar Oxşayır şafaq Ama gözsuz M. Ərğəvan (OVERTURA KİTABINDAN) |