4
Yorum
9
Beğeni
4,0
Puan
58
Okunma
Payızın kədərli, xəzan çağında,
Almış ürəkləri qüssə, dərd-ələm.
Yarpağı tökülmüş vətən bağında,
Oturmuşdur şair, əlində qələm.
Çox naqis dövrdə yaşayırıq biz,
Qardaş qardaşından almayır soraq.
Pul olub insana canından əziz,
Payızla dövranın fəryadına bax.
Yanmayır o parlaq alov mənbəyi,
Babalar qoruyan vətən çırağı.
Döyünmür xalqımın çılğın ürəyi,
Çaqqal tapdağıdır aslan torpağı.
Bu haqsız həyatı, haqsız dövranı,
Oturub kənardan seyr edir şair.
Necə məhv eyləyi rzaman insanı,
Qanlı göz yaşıyla söyləyir şair.
Söyləyir ki, şair dostu insanın,
Elmdir, bilikdir, kitabdır, dostum.
Eşit, yolun deyir sənə müdrik olmanın,
Bu birbaşa sənə xitabdır, dostum.
Bu dünya ki, bir sirr çanağı, dostum,
Onun mənasını dahilər bilir.
Qoy deyim, sənin də yadında qalsın,
Hər sirrin açarın kitablar verir.
Kitab bir möcüzə, kitab bir həyat,
Öyrədir insana o bil, hər şeyi.
Onda sığlaşıbdır bütün kainat,
Kitabdır öyrədən bizə əməyi.
Hər şeydə vardır onda məlumat,
Çün kitab bir ustad, bir müəllimdir.
Çox yox, gündə oxu cəmi bir saat,
Bunu etsən, bil ki, dünya sənindir.
Bacarsan, biraz da sevməyi öyrən,
Sevgidir insana ən böyük ilham.
Həm sevib, həm də ki, sevilə bilsən,
Həyatdan ən böyük zövqü alarsan.
Eşq üçün ölməyi hər kəs bacarmır,
Lakin eşqi ilə var yaşayanlar.
Həyat gözəlləşir, ömür uzanır,
Nə qədər ki, qəlbdə bu gözəl hiss var.
Kim deyir ki, Leyli-Məcnun keçmişdir?
Yox! Ondan da dərin indi var sevən.
Sevən var yanında Leyli bir heçdir,
Hər bir dövranda var sevib sevilən.
İndi də Fərhad tək öz eşqi üçün,
Bisutin dağından dağ qoparan var.
Şirin tək cəzb edən baxışlarıyla,
Gedərkən özüylə qəlb aparan var.
Xosrov tək xəyanət edənlər də var,
Çıxmış eşqi yaddan bir Şəkər üçün.
Sonunda Fərhad tək mətin olurlar,
Şirin tək vəfalı bir gözəl üçün.
Nurun aşiqi seçdi,
Haqq deyilən quyunu,
İçdi doyunca, içdi.
O müdriklik suyunu.
O şairdir nur yazır,
Hər sətrində, sözündə.
Özüyçün məzar qazır,
İnsanların gözündə.
Mən işığam söz üçün,
Görməyən o göz üçün,
Pislik mən haqqa dair,
Etmərəm dedi şair.
5.0
75% (3)
1.0
25% (1)