3
Yorum
12
Beğeni
5,0
Puan
165
Okunma
Tək-tənha oturub sənsiz, sevgilim,
Sənli günlərimi salıram yada.
Belə dəli eşqlə sevərkən, gülüm,
Necə dilin gəldi, dedin əlvida.
Sanki məhəbbətlə coşan dənizdin,
Parlardın Günəştək mavi səmada.
İndi bu sevgidən, de, nə tez bezdin?
Unudub hər şeyi, dedin əlvida.
Mehriban, sevgili baxışlar ilə,
Son bir dəfə yenə bax gözlərimə.
Atma oda məni sən bilə-bilə,
Yalvarıram, gülüm, əlvida demə.
Sıxma məni soyuq baxışlarınla,
Vəfasızlıq oxun sancma qəlbimə.
Məni tənha qoyub son baharımla,
Nə olar, sevgilim, əlvida demə.
Nə rahat deyirsən "unut", sevgilim,
Unutmaq bu qədər asanmı səncə?
Səninlə başlayır mənim hər günüm,
Ürəyim titrəyir üzün görüncə.
Unutmaq nə demək?! Mən bəxti-qara,
Yenə əvvəlkitək sevirəm səni.
Qəlbimdə qanayır dərin bir yara,
Qoymur dincəlməyə bircə an məni.
5.0
100% (5)