1
Yorum
5
Beğeni
5,0
Puan
181
Okunma
O zamanlar idi haqqın bizə minnət, Qarabaq!
İndi sənsən götürən haqqını millət, Qarabaq!
Biz sənin görməmişik, dadmamışıq sərvətini,
Yenə ne’mət görürük sərvətə nisbət, Qarabaq!
Xalqın oğlanları uğrunda fədakarlıq edib,
Qarşılıq bir paradır, bir quru rəhmət, Qarabaq!
Şəhidin ismi üçün bir pılakat, bir də bulaq,
Qazinin cisminə benzin ilə zillət, Qarabaq!
Sənə cənnət Qarabaq söyləmişik, indi fəqət,
Dönüşürsən yeni bir cənnətə, cənnət Qarabaq!
Millətin haqqı ilə don sənə layiq də deyil,
Onu qusmaq yaraşar şə’nüvə əlbət Qarabaq!
Anarın arzusu Allaha qalıb, birdə sənə,
Onu qus dövlətə olsun yeni ibrət, Qarabaq!
Müəllif: Anar Əhəd
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.