2
Yorum
5
Beğeni
5,0
Puan
30
Okunma
[1ci bənd]
Cəfa verib gedənlərin izindəsən.
Həqiqəti görənmədin gözündə sən.
Bir gün, səbəb görərsənmi özündə sən?
Bu duyğular əbəs yerə yaranmadı.
[2ci bənd]
O duyğular dərin yatıb oyanmadı,
Nə etdimsə alovlanıb qalanmadı.
Ürəkdə bir ovuc közün olub sönüb,
Nəfəs, nəfəs küləkləsəm də yanmadı.
[Nəqarət ×2]
Həyat yorub, bezib canım usanmışam.
Kədər verən dayanmadı, usanmadı.
Məhəbbətin dəmin vurub bəla verən,
Bu sevgidən həya edib utanmadı.
[3cü bənd]
Vəfasıza inanmağım nədən olar?
Acı həyat qazanmağım nədən olar?
Uzun ömür sınanmağım nədən olar?
Yəqin mənim bu sevgimə inanmadı.
[4cü bənd]
Sən açdığın o yarələr qapanmadı.
Həzin-həzin axan qanım dayanmadı.
Sevənlərin çətinliyi həsəd verər,
Mənim qədər heç kim ağır sınanmadı.
[Nəqarət ×3]
Həyat yorub, bezib canım usanmışam.
Kədər verən dayanmadı, usanmadı.
Məhəbbətin dəmin vurub bəla verən,
Bu sevgidən həya edib utanmadı.
Müəllif: Anar Əhəd
5.0
100% (2)