Satirik Qəzəl
Dəccal yaradır fitnə fəsad, dünya əlində,
Dünya qarışır gör necə bir qayda əlində. Şair təbə gəlsin sözü ünvanə yetişsin, Sözlər düzəcək, var nə qədər misra əlində. Nəfsin cilovun vermə ki, sən badə gedərsən, Şeytan da yolun üstə durub torba əlində. Ey sahibi dövran, o məzarlıqda oyun var, Allah kitabın qoymaginan molla əlində. Bığsız uzadıb saqqalı, şalvarı qısaldıb, Gir metroya Allah adı çək bomba əlində. Ölkəm bəzənib bir neçə simvollu naxışla, Can Azəribaycan ucalır bənna əlində. Çox yazma Anar, bəsdi, başın ağrımasın qoy, Bir gün gələcəklər qapına balta əlində. Müəllif: Anar Əhəd |