Deyişmə
Hansı əbləh mənə Qurani baxır rədd olsun,
Təriqət ismi verib fani baxır rədd olsun. Anar Əhəd Əli aşiqləriyik sünnədi təlimlərimiz, Neçə mövlud günü, matəm günü təqvimlərimiz. Neşə parlaq sözü höccət fəqih alimlərimiz. Üləmalardan ibarətdi müəllimlərimiz. Kim bizə oğru baxır, cani baxır rədd olsun. Yəni dırnaq arası ani baxır rədd olsun. Vüsal HəsənƏli Əlinin eşqinə könlüm, ürəyim, can da fəda. Fəqih alimlərinin söhbəti olduqca fəna. Üləmalardan hələ görməmişəm dində vəfa. Demişəm həq sözü misrada qoyub nöqtə, nida. Mənə kəc hansısa ruhani baxır rədd olsun. Anar Əhəd Üləmadan oxuyub öyrənirəm eşq oyanır. Çox şükür dinimizin başında rəhbər dayanır. Nə zaman ki, üləma namına dillər uzanır. Belə olduqda cəhalətdən İŞİD zad yaranır. İşə Bağdadi və Adnani baxır rədd olsun. Kim ki, bu söhbətə xudmani baxır rədd olsun. Vüsal HəsənƏli Hünrəim var deyirəm, dil uzadıb onlara söz. Nə qədər sağdı canım sərt vuracam əyriyə biz. Deyirəm ayəni Haqdan qoyuram qəlbinə iz. Üləmanın sözü Qur’ana görə olmadı düz. Bizə aləmlərin Rəhmanı baxır rədd olsun. Anar Əhəd Sənə Allah ki, verir hədiyyənin xeyri nədir? Nə qədər qaldırasan səviyyənin xeyri nədir? Neçə misra da desəm bədiyyənin xeyri nədir? Demə islamidənəm, təqiyyənin xeyri nədir? Çıx de ki, kim mənə İbrani baxır rədd olsun. Ya Yəhudi, ya da Nəsrani baxır rədd olsun. Vüsal HəsənƏli Neçə ildir yazıram Haqqa itaət elədim. Nə qədər ayə deyib batili töhmət elədim. Sizə Qur’an demişəm, tək ona də’vət elədim. Mənə neyçün baxılır kəc, elə heyrət elədim! Diyəsən tində qulyabani baxır rədd olsun. Anar Əhəd Hər kim alimlərə göstərsə əgər güc əzələ. Nə qiyamətdə, nə burda əməli gəlməz ələ. O ki, lap söhbətimiz qaldı şeirnən qəzələ. Sənin heç şeiriyyatdan anlayışın yoxdu belə. Sənə kim Füzuli, Xaqani baxır rədd olsun. Vüsal HəsənƏli O qiyamət günü alimlərivün sən cəmini. Görəcəksən, sənə düşməz çəkəsən matəmini. Qəzəlimdən sənə nə, sən hələ gör öz kəmini. Hələ sən öz sösüvün, sən’ətinin çək qəmini. Sənə sən’ətdə kim ürfani baxır rədd olsun. Anar Əhəd Ya ki, Quranilər olsun ya da olsun Sələfi. Masonun fitnəsidir, Şiədir yalnız hədəfi. Özünə Şiə deyən kəsdi bu dinin şərəfi. Ta əzəl Şiələrdi Ali Əbanın tərəfi. Uca Allahdı əzəldən uca elmin sədəfi. Kim Onun zatına cismani baxır rədd olsun. Vüsal HəsənƏli Yaraşır bax bu sözün mənlə olan söz sınağa. Belə Allah adı zikr et, sənə canım sadağa. Təriqət seçməyi Qur’an eliyibdir qadağa. Masonu, Şiəni, Sünni, Sələfi qoy qırağa. Sənə Sabir, mənə Şirvani baxır rədd olsun. Anar Əhəd Biz gərək sevgimizi şərbət edək, məhlul edək. Gərək öz nəfsimizi Allah eşqinə qul edək. Allahın hökmünü hər halımıza məqbul edək. Üləma nurudur islamın, onu qəbul edək. Hər kim islama ləntərani baxır rədd olsun. Vüsal HəsənƏli Dolanıb gəl yenə aç tez üləma söhbətini. Çoxu dəccalla edir islama öz xidmətini. Üləma təbliq edir tək hədisin hikmətini. Oxumaz Tanrı sözün doğru olan ayətini. Niyə Qur’an oxumur sani baxır?! Rədd olsun Anar Əhəd Alimə qarşı çıxan nəfsinə hamballıq edir. Başa düşmür üləmanın sözünü mallıq edir. Satır öz ağlını dünyasına dəllallıq edir. Üləma haqqını hər kim yeyə dəccallıq edir. Allahın hökmünə şeytani baxır rədd olsun. Vüsal HəsənƏli Üləmadan deyənin did ətini farşı çıxar. Bu gedişnən mənə alimlərivün arşı çıxar. Yolunu gözlədiyin Mehdi gələr qarşı çıxar. Ona gəldikdə əməl ə’la çıxar, yaxşı çıxar? Mənə gəldikdə pərişani bxır? rədd olsun. Mənə insan belə vicdani baxır? rədd olsun! Anar Əhəd O ki, Cəbrail ilə məxluqa göndərdi xəbər. Əzəli nütfə olan müştəbeh olmaz bu qədər. Hünərin vardısa qeyb aləminə eylə səfər. Sənin ağlın imamın elmi ilə birdi məgər? Kim onun zuhruna nəfsani baxır rədd olsun. Hər kim o həzrətə kəm yani baxır rədd olsun. Vüsal HəsənƏli Qeyb üçün yazmağa bica yerə çox getdi tərin. Necə aşkar görünür ayədən heç yox xəbərin. Həmdə cahil kimi gözləyirsiz Allah bəşərin. Hələ ki, görməmisiz gözləməyin bir səmərin. Belə məzhəblər üzündən görəcəksiz zərərin. Kim ki, məzhəblərə ümrani baxır rədd olsun. Anar Əhəd Görməmək bir şeyi yoxluğna dəlalətdi məgər? Bulud arxasında qaldıqda günəş şamu – səhər. Ən zərif istisi ilə qızınar cümlə bəşər.! Səni bilməzdim inan qəflətə düşmüş bu qədər. Yaxşı gəldin buracan axırı batdın bu səfər! Kim ki, bu hikmətə küfrani baxır rədd olsun. Aləmə maaddi heyvani baxır rədd olsun. Vüsal HəsənƏli Şiə alimləri uydurma nağıldan danışır. Sizi vermiş yuxuya əlləri pulnan alışır. Bu qədər fitnələrə Mehdi qeybdən qarışır.! Müctehidnən ikisi çox edərək səy çalışır.! Neçə cahil də uyub bani baxır rədd olsun. Anar Əhəd Ən əsas vacib olan haqdı, ədalətdi bizə. Bu nə kindir, bu nə hikkə, bu nə nifrətdi bizə? Bu qədər yanmağınız hər dəfə ləzzətdi bizə. Üləmanın sözü hər mə’nada höccətdi bizə. Dəxi hər kim ki, deyir ayə kifayətdi bizə. O kəsin halı zəlalətdi, nəcasətdi bizə. O demək islama xusrani baxır rədd olsun. Vüsal HəsənƏli Utanırsanmı görən hər belə verdikcə cavab? Sənə Allah kitabı qane deyilmi a cənab?! Neçə mö’min o kitabdan özünə çəkdi gülab. Kim ki, Xaliq ktabından savayı tutdu kitab, Və yazan şəxsə asimani baxır rədd olsun. Anar Əhəd Mövzu mənalı geniş amma fikirlər bayağı. Şiəlik ali məqamdır, yolu eşqin ocağı. Hətda Musa zamanından bizə gəlmiş sorağı. Yə’ni İbrahim ilə bağlı onun bir budağı. Gəl sizin əqidə və düşüncə Qamət sayağı. Kim sizin məzhəbə insani baxır rədd olsun. Vüsal HəsənƏli Mövzu üstündə olan sorğu – sual boynuvadı. Dilivün ucbatına olsa zaval boynuvadı. Şiəsənsə deməli xamü – xəyal boynuvadı. Mənə məzhəb donu geydirmə vəbal boynuvadı. Dediyin şəxs elə nurani baxır rədd olsun. Anar Əhəd Üləmalardı yetim ümmət üçün qəyyumlar. Yer üzündə nə ki, vardır bəşəri məfhumlar. Qaimin həsrətini çəkmədədir məzlumlar. Ruzi – Məhşərdə şəfaətdi bizə mə’sumlar. Gəl sizin söhbətə Süfyani baxır rədd olsun. Vüsal HəsənƏli O qədər tövbə, günah həmdə tamah ayəsi var. Səni tək cahilə ibrətli silah ayəsi var. Mənə yol hansıdı aşkar neçə şah ayəsi var. Sənin mə’sum dediyin şəxsə günah ayəsi var. Şiə alimləri pünhani baxır rədd olsun. Anar Əhəd Xəstə nəfsin qırılıb quduz kimi zəncirdən. Ya mənə dəlil gətir əhli Şiə təfsirdən. Ya tutub bağlayaram baş aşağı kəndirdən. Xəbərin yoxmu sənin ayeyi – pak təthirdən? Kim ki, bu ayətə şirkyani baxır rədd olsun. Vüsal HəsənƏli Bizə on dörd nəfərin zəhməti var sayəsi var. O sözü o kəs deyər ki, dəlilin qayəsi var. Ayənin şə’ni nüzul, səbəb nüzul mayəsi var. Orda həm mübahilə, həm bəraət ayəsi var. Kim buna saxtalıq ünvanı baxır rədd olsun. Vüsal HəsənƏli O qədər cəlb elədim dürr söz ilə şairi mən. Bu gön ki, səndədir çətin qoyaram təsiri mən. Sənə təfsir eliyən kəsmi gərək? Bax biri mən. De görüm neyliyirəm aciz olan təfsiri mən. Ona Farslarda olan mani baxır rədd olsun. Anar Əhəd |