2
Yorum
6
Beğeni
5,0
Puan
37
Okunma
1ci bənd
Sahili gəzdim düşünərkən səni,
Tək qoyuram qumlara iz, gəlmədin.
Axşamacan yordu fikirlər məni,
Bəlkə çıxıb məndən əvəz gəlmədin!
Bəlkə seçim səhvinə yol vermişəm!
Çünki, mənim ruhuma düz gəlmədin.
Nəqarət
Sevgimi yazdım quma bax,
Ağladım sızdım quma bax.
Gör nə uşaqlıq edirəm,
Rəsmini cızdım quma bax.
2ci bənd
Dərdimi atdım dənizə üzmədi,
Batdı dərinlərdə təmiz, gəlmədin.
Səbrimə heyrətlə baxıb dözmədi,
Hövsələdən çıxdı dəniz, gəlmədin.
Dalğalanıb sahilə çırpır özün,
Sən bu qədər coşmağa tez gəlmədin.
Nəqarət
Sevgimi yazdım quma bax,
Ağladım sızdım quma bax.
Gör nə uşaqlıq edirəm,
Rəsmini cızdım quma bax.
Müəllif: Anar Əhəd
5.0
100% (4)